Yəhudilər İsrail bayrağını yandırdı

Baxış sayı:
5038

İsraildə tez-tez zəruri əsgərlik xidmətinə qarşı etiraz aksiyaları təşkil edən Ultra Ortodoks Yəhudilər İsrailin təhlükəsiz olmadığını ifadə edərək bayrağını yandırıb.
 
Daha əvvəl İsrail və dünyanın fərqli şəhərlərində İsrail dövlətinə qarşı etdikləri etiraz aksiyaları tez-tez gündəmə gələn Ultra Ortodoks Yəhudilər də İsrail hökumətinə təpki verməyə başlayıb.
Sosial mediada paylaşılan videoda, Ultra Ortodoks Yəhudilər İsrail dövlətinin Yəhudiləri təmsil etmədiyini, sionist bir dövlət olduğunu, onlar üçün təhlükəsiz olmadığını ifadə edərək İsrail bayrağını yandırıb.
 
 Ultra Ortadoks Yəhudilər
 
İsrail əhalisinin 10 faizini təşkil edən Ultra-Ortodoks Yəhudilər (Haredilər) cəmiyyətin digər təbəqələriylə ən çox inteqrasiya problemi yaşayan qrup olaraq önə çıxır.
Ağırlıqlı olaraq Qüds və Bney Brak şəhərlərində yaşayan Haredilərin böyük əksəriyyəti, "dini öhdəliklərini yerinə gətirə bilməyəcəkləri" səbəbiylə hərbi xidmətə getməyi rədd edir. Haredilər dünyəvi təhsil sistemini də qəbul etməyərək yalnız dini təhsil verən öz məktəblərində təhsil almağa davam edir.
İsraildə olma səbəbini "Yəhudi şəriətini öyrənmək və yaşamaq" olaraq açıqlayan Haredilər, aralarından hərbi xidmətə getməyi qəbul edən kəslərə təpki verir. Hərbi xidmətin zəruri olduğu ölkədə Haredilərin bu mövqeyi polislə tez-tez gərginlik və qalmaqal yaşamalarına səbəb olur.
Yəhudi cəmiyyətinin gəlir səviyyəsinin ən aşağı olduğu təbəqəsi kimi tanınan Haredilərin çoxu, dövlətdən maddi yardım alır və çox uşaq dünyaya gətirdikləri üçün sayları da getdikcə artır.
Müxalifət.az