​Yəhudilər Hitlerlə əməkdaşlıq edib - POLŞA

Baxış sayı:
3304

Yəhudilərin və digər xalqların İkinci Dünya müharibəsində nasistlərlə bərabər cinayət törətmələrini sübut edən tarixi faktlar mövcuddur.
Muxalifət.az xəbər verir ki, bunu Polşa mətbuatına açıqlamasında Polşa Baş nazirinin dəftərxanasının rəhbəri Mixail Dvorçik söyləyib.
“Polşa ərazisində polyaklarla bərabər, digər xalqlar da nasistlərlə əməkdaşlıq ediblər. Bu, ağrılı həqiqətdir. Bununla bağlı həqiqətlər İsraildə də davam etdirilir və böyük emosiyalara səbəb olur”, – deyə o bildirib.
Qeyd edək ki, Polşa Baş naziri Mateuş Morvetski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Holokostun törədilməsində polyaklar, almanlar və digərləri ilə bərabər, yəhudilərin də iştirak etdiyini bildirmişdi. Bu, İsraildə etiraza səbəb olmuşdu.