Yəhudi yazarın Mədinədəki Peyğəmbər MƏSCİDİNDƏ NƏ İŞİ VAR? - ŞƏRH

İsrailin məşhur bloqçusunun Mədinə səfəri ortalığı qarışdırdı.
 
Ben Tzion adlı İsrailin məşhur bloqçu yazarı, Hərəmi Şərif və Məscid-i Nəbi-də çəkdirdiyi fotoları Facebook və Instagramda paylaşması,  Müsəlmanlar tərəfindən narazılıqla qarşılanıb.
 
İSRAİL İLƏ SƏUDİYYƏ ƏRƏBİSTANI ARASINDAKI ŞƏR İTTİFAQI
 
İsrail enerji naziri Steynitz, İrana qarşı Səudiyyə Ərəbistanı ilə birlikdə hərəkət etdiklərini bildirərək ünsiyyətin gizli saxlanılmasının Ərəblər tərəfindən tələb olunduğunu söyləmişdi.
Sözügedən bəyanatlar, İsrail baş qərargah rəisi Eisenkotun "İrana qarşı Səudiyyə Ərəbistanı və digər mötədil Ərəb ölkələri ilə təcrübə və kəşfiyyat məsələlərini bölüşməyə hazırıq" bəyanatından sonra gəlmişdi.
Yəhudi bloq yazarının Mədinənin müsəlmanlar üçün ən hassas məqamlarında boy görüntüləri verməsi İsrail ilə Səudiyyənin bir “Şər İttifaqı” qurmasının hazırlıqları kimi düşünülə bilər. Çünki bu ittifaqın ideya daşıyıcısı olan ABŞ, çox gözəl anlayır ki, “ittifaq” deməklə, birlik olmur və bunun ideoloji əsaslarını yaratmaq və ictimai rəyə daşımaq lazımdır. Yaxın Şərqdə ərəblər üçün İran xofunun yaradılması bu “Şər İttifaqı”nın zəminidirsə, yəhudi yazarın peyğəmbər məscidində boy verməsi də məsələnin ictimai rəyə daşınmasıdır. Ancaq görsənən odur ki, bu görüntü tərs təpib və bunu görən müsəlmanları hiddətləndirib. Əslində bu fotoların yayılması da arada olan buzların tədricən əridilməsi üçün edilib.

Müxalifət.az