Yəhudi yazar vəliəhd şahzadədən yazdı: “50 ildir belə Ərəb lideri gözləyirik”

Baxış sayı:
4498

“Haaretz” qəzetində yer alan məqaləsində Greenfield adlı yazar, "İsrail, onunla mühüm bir müqavilə bağlamağa razı olacaq böyük bir Ərəb liderin gəlməsi üçün 50 ildir dua edib" deyə yazıb.
 
"Vəzifədən uzaqlaşdırılması İsrail üçün böyük bir fəlakət olar"
 
Müəllif, Səudiyyə vəliəhd şahzadəsinin etibarının, Camal Qaşıqçı-nın öldürülməsi hadisəsiylə bağlayıb, zədələnməsinin Yaxın Şərqdə, İrana qarşı ABŞ, İsrail və Səudiyyə Ərəbistanı arasındakı ittifaqa zərər verəcəyini bildirərək, prezident Ərdoğanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin nüfuzunu itirməsini istədiyini iddia edib. Müəllif, Məhəmməd bin Salmanın İsrailin legitimliyini istəyən bir Ərəb lider olduğuna vurğu edib. İsrailin uzun illər gözlədiyi bir Ərəb lider olan Məhəmməd bin Salmanın vəzifədən uzaqlaşdırılmasının İsrail üçün böyük bir fəlakət olacağını deyən Greenfield, bunun əvvəlki ABŞ lideri Barak Obamanın İsrailə qarşı siyasətinə uyğun olduğunu yazıb.
 
Trampın Qüds qərarına dəstək verdi
 
Qeyd edək ki, Məhəmməd bin Salman, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və səfirliyini Qüdsə daşımasını qəbul etmişdi. Səudiyyə Ərəbistanının kralı Salman isə buna qarşı çıxaraq Qüdsün Müsəlman və Ərəb kimliyini qeyd etmişdi.
Müxalifət.az