Yəhudi muzeyindən qalmaqal hesabat! - Türkiyəni soyqırım siyahısına saldılar

Baxış sayı:
490

 ABŞ-da Holokost Muzeyi dərc etdiyi Soyqırım Riskinə Malik Ölkələr araşdırmasında bir qalmaqala imza ataraq Türkiyəyə də o siyahıda yer verib.
 
Türkiyə düşmənçiliyi ilə tanınan Holokost Muzeyi İkinci Dünya Müharibəsindən bu günə qədər baş verən kütləvi qırğınları araşdıraraq, Türkiyədə də bu tərz bir soyqırımın baş verə biləcəyini iddia edib.
 
Türkiyə 8-ci sırada
 
162 ölkədəki sosial və siyasi şərtlərin tədqiq edildiyi analizdə, Soyqırım Riskinə Malik Ölkələr siyahısında ilk sırada 31 faizlə Demokratik Konqo Respublikasının olduğu bildirilib. Siyahıda illərdir ki, vətəndaş müharibəsinin davam etdiyi Əfqanıstan ikinci sırada yer alarkən, ötən illərdə hərbi çevrilişin baş verdiyi Misir isə 3-cu sırada yer alıb. Türkiyə düşmənçiliyinin açıq şəkildə bəlli olduğu hesabatda, Türkiyə isə 11 faizlə 8-ci sıraya yerləşdirilib.

Müxalifət.az