Yəhudi jurnalist “XƏYANƏTKAR” ƏRƏB LİDERLƏRİNİ “SINAĞA” ÇƏKDİ: BUNU ETSƏNİZ MÜSƏLMAN OLARAM

Baxış sayı:
1735

İsrailin “Begin Sadat Strateji Araşdırmalar Mərkəzi”nin eksperti Edy Koen, Fələstinin xarici işlər naziri Riyad Əl-Malikinin Ərəb Birliyi ölkələrinə Amerikadakı səfirlərini geri çəkmə çağırışına münasibət bildirib.
 
Sionist jurnalist Edy Koen, Ərəb Birliyi ölkələrinin ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsinə etiraz olaraq Fələstinlilərə dəstək məqsədilə Amerikadakı səfirlərini geri çəkməyə cəsarətlərinin olmadığını deyib.
Yəhudi jurnalist, sosial media hesabı Twitterdə, "Tək bir Ərəb ölkəsi Amerikadakı səfirini geri çağırsın, Müsəlman olduğumu elan edəcəyəm". deyib.
 
MALİKİ: "AMERİKADAKI SƏFİRİNİZİ GERİ ÇAĞIRIN”
 
Ərəb Birliyi, ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsi və sonra baş verən hadisələri müzakirə etmək üçün Misirin paytaxtı Qahirədə xarici işlər nazirləri səviyyəsində fövqəladə toplanmışdı.
İclasda danışan Fələstinin XİN rəhbəri Riyad Əl-Maliki, ABŞ-ın səfirliyini Qüdsə daşımasını rədd etdiyini söyləyərək, Ərəb Birliyi ölkələrinə Amerikadakı səfirlərini geri çağırmağa dəvət etmişdi.
İclasa sədrlik edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil el-Cubeyr, "ABŞ səfirliyini Qüdsə köçürməsinin beynəlxalq qanunlara zidd olduğunu" deyib.
Səid ibni Cübeyr, "ABŞ-ın səfirliyini Qüdsə daşımasını inkar edir və bunu Fələstin xalqının hüquqlarına zərər vermə kimi qiymətləndiririk" deyib.
 
İSRAİLİN QIRMIZI XƏTTİMİZİ KEÇMƏSİNƏ YOL VERMƏMƏLİYİK
 
Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki, ABŞ-ın səfirliyini Qüdsə köçürməsi və Fələstində baş verən hadisələrdən sonra İstanbulda İƏT İslam Zirvə Konfransı Fövqəladə Görüşü ərəfəsində Xarici İşlər Nazirləri Şurası Hazırlıq İclasında da çıxış etmişdi.
Nekbenin 70-ci ildönümündə ABŞ-ın İsrail səfirliyini Qüdsə köçürmə qərarının beynəlxalq hüququn pozulması, Fələstinin haqlarına və gələcəyinə təcavüz olduğunu vurğulayan Maliki, "Biz İƏT olaraq heç bir şəkildə İsrailin qırmızı xəttimizi keçməsinə yol verməməliyik" deyib.
Müxalifət.az