Yevlaxda yol qəzası, yaralananlar var

Baxış sayı:
226

Yevlaxda avtovağzalının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, iki minik avtomobillərin toqquşması nəticəsində, sürücülərdən biri, Bərdə rayon sakini, 1999-cu il təvəllüdlü Yuniszadə Qənbər Eldar oğlu və digər avtomobildə olan sərnişin, Kəlbəcər rayonun sakini, 1960-cı il təvəllüdlü Qasımova Məlahət Qəzənfər qızı müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.