Yevlaxda koronavirusa yoluxan 53 nəfər "qaraçı məhəlləsi"nin sakinidir - ƏRAZİ NƏZARƏTƏ ALINIB

Baxış sayı:
1847

Yevlaxda “Qaraçı məhəlləsi” (Bakıdan 295 km. qərbdə) təcriddə qalır, ikinci gündür ki, yerli sakinlərdən başqa oraya heç kim buraxılmır.

Muxalifet.az xəbər verir ki, bu barədə Turan-a yerli mənbələr bildiriblər.

Xatırladaq ki, iki gün əvvəl Yevlaxda koronavirusla yoluxma halında kəskin artım qeydə alınıb. Yoluxan şəxslərdən 53-ü həmin məhəllənin sakinləridir.

Sərt karantin tədbirləri sakinlərin narazılığına səbəb olub və onlar polislə qarşıdurma yaradıblar.

Şəhərə daxili qoşunlar yeridildikdən sonra vəziyyət sabitləşib.

Rayona giriş-çıxışda blokpostlar qoyulub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, məhəllədə təxminən 1 500 nəfər adam yaşayır.

Hazırda həkimlər məhəllə sakinlərinin müayinəsini davam etdirirlər, bütün xəstələr xəstəxanaya yerləşdirilib.