Yevlaxda gənc qadın doğuş zamanı ölüb
10-11-2019 11:30
Baxış sayı:
2414

Yevlaxda doğuş zamanı ana ölümü faktı qeydə alınıb.
APA xəbər verir ki, 23 yaşlı Tanrıqulular kənd sakini Gülanə Həmzəyeva Yevlax Rayon Mərkəzi Xəstəxanasında qız uşağı dünyaya gətirib. Ancaq ana doğuş zamanı həyatını itirib.
Bu, G. Həmzəyevanın ikinci övladıdır. Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.