Yevlaxda AĞIR QƏZA: Xəsarət alanlar var

Baxış sayı:
211

Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə zamanı Yevlax rayon sakini, 1958-ci il təvəllüdlü Almaz Xəlilova və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü Sadiq Aydınov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər ikisi Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin kafi və qənaətbəxş olduğu bildirilir.

Hadisənin dəqiq səbələri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. 

*** 09:54

Yevlax rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. 

Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Xaldan yolunun rayon ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Ford" markalı avtomobil idarəetmədən çıxaraq "Opel" markalı avtomobillə toqquşub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi tardım Stansiyasının həkimləri cəlb olunub. Qəza nəticəsində xəsatər alanların olduğu bildirilir.Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.