“Yerevanla Bakı arasında operativ əlaqə yaradılıb” - PAŞİNYAN

Baxış sayı:
5776

Ermənistan-Azərbaycan dövlət sərhəddində və Qarabağda təmas xəttində sakitlikdir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, bu, Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev ilə əldə edilən razılaşmaların nəticəsidir.

Bundan əlavə, Düşənbədə əldə edilən razılaşmalar çərçivəsində Ermənistanla Azərbaycan arasında stabil operativ əlaqə yaradılıb.

"Demək olar ki, istənilən informasiya yarım saat ərzində Azərbaycan prezidentinin diqqətinə çatdırılacaq. Onun tərəfindən göndərilən məlumat da eyni vaxtda bizə çatdırılacaq.

Biz birbaşa əlaqəyə çıxırıq, zərurət olduqda yaranmış vəziyyətlə bağlı mənə və Əliyevə məlumat verilir", - "Arminfo" agentiyi Paşinyandan sitat gətirib.

Qeyd edək ki, rəsmi Bakı bu məlumatı şərh etmir./Turan