Yerevandan Kremlə qarşı yeni qəzəbli bəyanatlar, bu dəfə deputat “Krımnaş”a görə - “RUSLAR BİZƏ PROBLEM YARATMAQ İSTƏYİR...”

Baxış sayı:
6349

Bu gün noyabrın 4-də Rusiya Dövlət Dumasının nümayəndə heyəti Yerevana səfər edəcək. İlk baxışdan bu səfər ola bilsin ki, xüsusi diqqət cəlb eləməzdi, Yerevandan eşidilən qəzəbli etiraz səsləri olmasaydı.

Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, politoloq Ruben Mehrabyan noyabrın 4-5-nə nəzərdə tutulan səfər zamanı Dövlət Dumasının nümayəndə heyətinin tərkibinə “Rusiyanın ilhaq etdiyi Krımdan” seçilmiş deputat Natalya Poklonskayanın da olacağını özünün Facebook səhifəsində yazıb.

“Bu, dəqiq rusların bizə yaratmaq istədiyi problemdir, məqsədi Ermənistanı mariginallaşdırmaq və beynəlxalq aləmdə “korlamaqdır”,-Mehrabyan bildirib. Və problemə bir sıra xadimlərin diqqətini cəlb edib. O cümlədən parlamentin spikeri Ararat Mirzoyanın, baş nazir Nikol Paşinyanın mətbuat katibi Arman Davoyanın, deputatlar Arman Babacanyanın, Edmon Marukyanın və Andranik Köçəryanın.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri, bu günlərdə Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda insan haqlarına təsiri barədə hesabat hazırlayıb Yerevandakı Rusiya səfirliyini bərk qəzəbləndirən Artur Sakunts isə bildirib ki, o addım nəinki Kremlin Ermənistan üzərində ağalığının növbəti təsdiqidir. Eyni zamanda daha da təhlükəlidir ki, Ermənistanın siyasi təcridinə yönəlib. Buradan çıxan bütün nəticələri ilə.

“Aydındır ki, Putin rejimi onun özü xarakerinə, dəyərlərinə və maraqlarına uyğun addımlar atır, lakin bunların Ermənistanın yeni hakimiyyəti ilə ümumi heç nəyi ola bilməz və qəbuledilməz hesab edilməlidir. Nə öz xarakteri, nə dəyərləri, nə demokratik dövlətin maraqları baxımından”,-Sakunts bildirib.

Hüquq müdafiəçisinin fikrincə, bu Ermənistan hakimiyyətinin verməli olduğu imtahandır və öz prinsiplərinə sadiq qalmasının sınağıdır. “Ermənistan totalitar zir-zibilin utilizasiyası üçün məkan deyil”,-Artur Sakuns əlavə edib.

Natalya Poklonskaya vaxtilə Krımın prokuroru olub, Krım ilhaq ediləndə isə Rusiyanın tərəfinə keçib Dövlət Dumasının deputatı seçilib. O, Krım hadisələri zamanı tez-tez səsləndirdiyi “Krım naş” ifadəsinə görə sosial şəbəkələrdə ulduza çevrilmişdi.