Yerevanda terrorçuya heykəl qoyuldu - TÜRKİYƏDƏN ETİRAZ GƏLDİ

Baxış sayı:
12181

Ermənistanda Tələt Paşanı qətlə yetirən erməni terrorçu Soğoman Tehliryana heykəl qoyulması Türkiyədə etirazlara səbəb olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyənin Vətən partiyasının üzvləri görkəmli dövlət xadimi Tələt Paşaya qarşı Ermənistan dövləti tərəfindən edilmiş təhqirlə bağlı Ankarada etiraz nümayişi keçiriblər.

Minlərlə insanın iştirak etdiyi aksiyada “Erməni qatilə ucaldılan heykəl yıxılacaq!”, “Ermənistan, Qarabağdan rədd ol!”, “Xocalı soyqırımını törədənlər cəzalansın!”, “Bir Tələt gedər, min Tələt gələr!” kimi şüarlar səsləndirilib.

Nümayişçilər 1921-ci ildə Tələt Paşanı namərdcəsinə kürəyindən vuraraq qətlə yetirən erməni terrorçu Soğoman Tehliryana Yerevanda ucaldılan heykəlin götürülməsini tələb ediblər.