​Yerevanda polis aksiya iştirakçılarına güc tətbiq etdi - VİDEO

Baxış sayı:
7666

Yerevanda Milli Opera və Balet Teatrının yaxınlığında yerləşən kafenin sökülməsi işləri yenidən başlanılıb.
Qeyd edək ki, bu kafenin sökülməsi orda işləyənlərin etiraz aksiyaları səbəbi ilə dayandırılmışdı.
News.am-ın məlumatına görə, kafenin işçiləri söküntü işlərinə mane olmaq üçün müqavimət göstəriblər.
Polislər etirazçıları yerə yıxıb, sürüyərək ərazidən uzaqlaşdırıblar.