Yerevanda Paşinyana qarşı etirazlar başladı - HƏBSLƏR VAR

Baxış sayı:
5929

Ermənistanda fəaliyyət göstərən "Adekvad" ictimai təşkilatının üzvləri bu gün baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyası keçiriblər.

Virtualaz.org bildirir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Bildiriıir ki, aksiyanın gedişi səhər saatlarında təşkilatın Facebook səhifəsində yayımlanıb.

Etiraz edənlər Yerevanın və 12 başqa şəhərin mərkəzi küçələrində əllərində "# SutNikol" (Yalançı Nikol) yazılmış plakatlar tutublar.

"Biz bugünkü aksiyamızı Paşinyanın ad günü şərəfinə (1 iyunda Ermənistanın baş naziri 44 yaşını qeyd edir)", "Yalanın doğuluşu" adlandırırıq, - deyə təşkilatçılar qeyd ediblər.

Təşkilatçılar daha sonra bildiriblər ki, aksiyalarda 80 nəfər iştirak edib və onlardan 29-u saxlanılıb.