Yerevan qarışdı: Paşinyanın istefası tələb olunur - VİDEO

Baxış sayı:
2278

Ermənistanda xüsusi xidmət orqanları “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyanın evini mühasirəyə alıb.

Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, partiyanın ofislərində isə yoxlamalar başlayıb.

Buna cavab olaraq çoxlu sayda insan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyasına başlayıb.

Məlumata görə, “Çiçəklənən Ermənistan” Partiyasının lideri Gagik Tsarukyanın tərəfdarları olan etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Əraziyə polis qüvvələri yeridilib. Polis etirazçıların qarşısını kəsib və onları binaya daxil olmağa imkan vermir.

Etirazçılar “Tsarukyan!”, “Nikol, get!”, “Tsarukyan baş nazirdir!” şüarları səsləndirirlər. Polis vətəndaşlara güc tətbiq edir.

Polis KİV mənsublarına qarşı da təzyiqlər göstərir. Jurnalistlər aksiya iştirakçılarının toplaşdığı əraziyə buraxılmır.

“Çiçəklənən Ermənistan” Partiyasından olan deputatlara qarşı da eyni münasibət sərgilənir.

Deputat Arman Abovyan bunun sırf siyasi təqib olduğunu bildirib. Onun sözlərinə görə, Milli Təhlükəsizlik Xidməti Tsarukyanın evində axtarış aparır. Deputat deyib ki, onlarda olan məlumata görə, axtarış 2017-ci il seçkilərində Martunidən namizədliyini irəli sürmüş bir nəfərdə olan sənədlə bağlıdır.

Ermənistan xüsusi təyinatlılarının güc tətbiq etdiyi insanlar arasında hüquq-müdafiəçisi Ruben Məlikyan da olub.