Yerevan İran-Ermənistan qaz kəməri layihəsini həyata keçirmək istəyir

Baxış sayı:
255

Ermənistan-İran Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Vaqram Baqdasaryan Tehranda İran-Ermənistan qaz kəmərinin istismara verilməsi mümkünlüyünü müzakirə edir.
 
İRNA agentliyinin məlumatına görə, İran parlamentinin energetika komissiyasının sədri Feredun Həsənvandla görüşdə o deyib ki, İran-Ermənistan qaz kəmərinin istismara verilməsi Ermənistanın energetika təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verəcək.
Baqdasaryan həmçinin bildirib ki, Ermənistan hökuməti və parlamenti Tehranla əlaqələrin inkişaf yolunda heç bir məhdudiyyət görmür və bu qaz kəməri layihəsinin həyata keçirilməsini zəruri hesab edir, bunun Ermənistanın enerji probleminin böyük hissəsini həll edəcəyini düşünür.
Həsənvand öz növbəsində qeyd edib ki, İran parlamentinin energetika komissiyası Ermənistanla iqtisadi əlaqələrin möhkəmləndirildiyini təsdiq edir.
Qeyd edək ki, hazırda Ermənistan qazı Rusiyadan alır. Ermənistanın alternativ qazı yoxdur və Yerevan Moskvadan tamamilə asılı olmaq istəmir.
Noyabrda Avropa İttifaqı ilə assosiativ münasibətlər haqqında saziş imzalandıqdan sonra Yerevan Rusiyadan asılılğını azaltmaq istəyini getdikcə daha çox nümayiş etdirir. Moskva nəzəri olaraq Gürcüstana və oradan Avropaya qədər uzana biləcək bu qaz kəmərinin tikilməsinə qəti şəkildə qarşı idi.