Yerevan Dövlət Universitetində kütləvi ixtisar - 450 nəfər işdən qovuldu

Baxış sayı:
9928

Yerevan Dövlət Universitetinin 450 əməkdaşı işdən azad edilib. 
Bunu ali məktəbin əməkdaşı, elm və təhsil nazirinin keçmiş müavini Vaqram Mkrtçyan bildirib.
Onun sözlərinə görə, buna dair bildiriş alıblar. 
Məlumata görə, işdən çıxarılmalar Ermənistan hökumətinin 2018-ci ilin dekabrın 27-də qəbul etdiyi qərar əsasında həyata keçirilib. Bildirişdə qeyd olunub ki, Yerevan Dövlət Universitetinin 450 əməkdaşı 2019-cu ilin martın 31-dən etibarən ali məktəbin işçisi statusunu itirəcək.  
Lakin işdən çıxarılanlar bununla razılaşmırlar. Yerevan Dövlət Universitetinin və başqa ali məktəblərin əməkdaşları fevralın 7-də unversitetdən "Respublika" meydanınadək etiraz yürüşü keçirməyə hazırlaşırlar. (report)