Yeniyetmə ağacdan yıxılaraq ağır xəsarət alıb - BAKIDA

Kənan Rəhimov qarnın ön səthindən kəsilmiş-deşilmiş xəsarətləri və kəllə-beyin travması alıb
 
Bakıda yeniyetmə ağacdan yıxılaraq ağır xəsarət alıb.
Hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Zığ qəsəbəsi, Bahar yaşayış massivində 2006-cı il təvəllüdlü Rəhimov Kənan Surxay oğlu evlərinin yaxınlığındakı ağacdan yıxılaraq qarnın ön səthindən kəsilmiş-deşilmiş xəsarətləri və kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib.