​“Yeni zərbələri endirməyə hazırıq!” - Aprel əməliyyatını XATIRLATDILAR

Baxış sayı:
5377

Birləşmiş Ştatlar Suriya üzrə yeni hərbi hərəkətlərə hazırdır.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda BMT-nin Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.
“Biz kimyəvi hücumlar və dözülməz əziyyətlər yolu öz iradəsini nümayiş etdirməyə çalışan istənilən ölkəyə xəbərdarlıq edirik. Bu, xüsusən, Suriya rejiminə aiddir. Lazım olacağı halda, ABŞ əvvəlki kimi hərəkət etməyə hazırdır” -o deyib.
Diplomat əlavə edib ki, Amerika tərəfi belə yola üstünlük vermir.
“Bu, bizim üstünlük verdiyimiz yol deyil. Amma onu yenidən seçməyə hazırıq”, - Heyli bildirib.
O xatırladıb ki, 2017-ci ilin aprelində ABŞ Suriyaya raket zərbələri endirib.
Martın başlanğıcında Suriya prezidenti Bəşər Əsəd bildirib ki, Qərb Suriyaya zərbələrin endirilməsi üçün səbəb kimi kimyəvi silahın tətbiqi mövzusundan istifadə edir. Rəsmi Dəməşq dəfələrlə vurğulayıb ki, ölkədə kimyəvi silahın bütün ehtiyatları məhv edilib.