Yeni Zelandiyanın keçmiş baş naziri Azərbaycandadır

Baxış sayı:
253

Yeni Zelandiyanın keçmiş baş naziri Ceyms Bolger və xanımı Azərbaycandadır.
Muxalifet.az xəbər verir ki, bu barədə millət vəkili Azay Quliyev Regional Hüquq və Iqtisadi  Maarifləndirmə Içtimai Birliyinin tədbirində məlumat verib.
O, qeyd edib ki, hər iki şəxs adıçəkilən tədbirə qatılıb. Millət vəkili Yeni Zelandiyada baş verən terror aktını pislədiyini bildirib, qonaqlara və zeland xalqına başsağlığı verib.
O, qeyd edib ki, terrordan əziyyət çəkən bir xalq və dövlət olaraq, Azərbaycan hər zaman terroru lənətləyib və bu ağır günlərdə də zelandların yanındadır.
Sonra millət vəkili Qənirə Paşayeva da Yeni Zelandiyanın keçmiş baş nazirinə və xanımına tədbirə qatıldıqlarına görə minnətdarlığını bildirib, həmçinin, ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənəciyinə əminliyini ifadə edib.