Yeni Zelandiyadakı terrorçunun İsraildə olduğu üzə çıxıb

Baxış sayı:
4756

Yeni Zelandiyanın Christchurch şəhərindəki iki məscidə hücum edərək 50 Müsəlmanı şəhid edən xristian terrorçu Brenton Tarrantın 3 il əvvəl terror dövləti İsraili ziyarət etdiyi ortaya çıxıb.
 
“İsrail 13” özəl televiziya kanalının yaydığı xəbərə görə, Yeni Zelandiyada terror hücumunu reallaşdıran Tarrant Avstraliya pasportu ilə 25 oktyabr 2016-da Təl-Əvivdəki Ben Gurion Hava Limanından ölkəyə giriş edib.
 
İsraildə 9 gün qaldı
 
 Hava limanından girişdə aldığı üç aylıq vizayla İsraildə 9 gün qaldığı bildirilən Tarrantın, buraya Türkiyədən gəldiyi ifadə edilib. Bu səfərdə, Avstraliyalı terrorçuya aid hər hansı şübhəli bir vəziyyətin müşahidə olunmadığı qeyd edilib.
Qeyd edək ki, Christchurch şəhərində cümə namazı zamanı 10 dəqiqə fasilə ilə iki məscidə təşkil olunan terror hücumlarında 50 nəfər həyatını itirmişdi.
Müxalifət.az