Yeni Zelandiyadakı Müsəlman qətliamına dair çirkin mesaj

Baxış sayı:
4642

 Fransada region məclis üzvü Ketrin Blein Yeni Zelandiyadakı qətliama dair bölüşdüyü mesaj böyük təpkiyə səbəb olub.
 
Katerina Blein Twitter hesabından məscidlərə hücum günü atdığı "Yeni Zelandiyadakı öldürmə hadisəsi: Gözə göz...” mesajı böyük təpkiyə səbəb olub.
İrqçi ifadələrinə görə, Breton region məclis üzvü seçildiyi ifrat sağçı “Front National” Partiyasından xaric edilən Katerina Blein, mesajına cavab olaraq gələn böyük təpkilərdən sonra paylaşdığı mesajı silib.
İrqçi məclis üzvünün mesajının görüntüsünü alan Breton Bölgə Məclisinin sədri sosialist partiyasının üzvü Log Chesnais-Girard prokurorluğa cinayət ittihamı ilə müraciət edib. Log Chesnais-Girard Bleinin Fransa Cəza Qanununun 40-ci maddəsindəki "terrora təşviq, öldürməyə təşviq" cinayətləri işlədiyini bildirərək bu mesajın cəzasız qalmaması lazım olduğunu söyləyib.
Müxalifət.az