Yeni Zelandiyada məscidlərə hücum edən terrorçu hakim qarşısında

Baxış sayı:
7246

 Yeni Zelandiyanın Christchurch şəhərindəki Nur və Linwood Məscidlərində 50 nəfəri qətlə yetirən, 50 nəfəri də yaralayan terrorçu Brenton Tarrantın Christchurch Ali Məhkəməsində ilk məhkəmə iclası keçirilib.
 
Yeni Zelandiya Radiosunun xəbərinə görə, ölkənin ən yüksək səviyyədə qorunan Auckland Həbsxanasındakı bir nəfərlik kamerada saxlanılan 28 yaşlı terrorçu Tarrant, məhkmə prosesinə görüntülü bağlanıb.
Məhkəmə iclasına ölkədəki Müsəlmanlarla yanaşı, yüksək rütbəli polis rəsmiləri və dünyanın müxtəlif ölkələrindən jurnalistlər böyük maraq göstərib. Terrorçu Tarrant saxlanıldığı həbsxanada məhkəmə ilə görüntülü əlaqə keçiriləcək hissədə boz həbsxana geyimi və əlləri qandallı yer alıb.
Silahlı polislərin məhkəmə xaricində tədbir aldığı məhkəmə prosesi zamanı sakit görünən terrorçunun hakimi və vəkilləri gördüyü, ancaq məhkəmə prosesini izləyənləri görmədiyi bildirilib.
Christchurch Ali Məhkəməsinin hakimi Kameron Mander 50 ayrı cinayət və 39 da cinayətə təşəbbüs günahlandırması ilə mühakimə olunmasına qərar verilən terrorçunun 14 iyundakı məhkəmə iclasına qədər Auckland Həbsxanasında həbsdə qalmasına hökm edib.
 
Hakim əqli sağlıq haqda hesabat istəyib
 
Hakim Mander terrorçunun cəzalanmağa hazır olub olmadığına qərar vermək üçün iki ayrı əqli sağlığının yoxlanılmasına qərar verib.
İstədiyi əqli sağlıq testlərinin normal prosedur olduğunu vurğulayan hakim Mander, bundan başqa bir məna çıxarılmaması lazım olduğunu söyləyib.
Müxalifət.az