Yeni sərəncamla Xırdalanda ancaq bu yol təmir ediləcək - Rəsmi AÇIQLAMA

Baxış sayı:
3583

"Xırdalanın yollarının əsaslı təmirinə yaxın günlərdə başlanılacaq, hazırda bunun üçün hazırlıq işləri gedir".
Bu sözləri Muxalifet.az-a açıqlamasında  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O qeyd edib ki, Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Xırdalanın bütün yollarına şamil edilmir: "İlkin variantda Heydər Əliyev prospektində 5,1 kilometrlik yolun təmiri nəzərdə tutulur. Növbəti illərdə isə yəqin ki, investisiya proqramları hazırlanıb Xırdalan şəhərindəki digər yolların əsaslı təmiri üçün də sərəncamlar verilər".