Yeni qətliam ƏMRİ: CANLI BURAXMAYIN!

Baxış sayı: 392

 ABŞ-ın Suriyadakı "müstəmləkə valisi" Brett Mcgurk, 4 min 200 mülki vətəndaşın öldürüldüyü Rakkada yeni qətliam tapşırığını verib.
 
PKK-nın qeyri-rəsmi komandanı Brett Mcgurk, 4 min 200 mülki vətəndaşın öldürüldüyü Rakkada yeni qətliam əmrini verib. Şəhərdə 300 İŞİD döyüşçüsünün olduğunu iddia edən Mcgurk, "Əsir götürmək olmaz, onları canlı buraxmayın. Onlar Rakkada öləcəklər. Bizim vəzifəmiz öldürməkdir" deyə, göstəriş verib.
Bununla da Ağ Evin nümayəndəsi olan “müstəmləkə valisi” Brett Mcgurk, 4 min 200 vətəndaşın ABŞ təyyarələrindən atılan bombalar və PKK tərəfindən qətlə yetirildiyi Rakkada yeni qətliamın işarətini verib. Xarabaya dönən şəhərdə PKK-ya müqavimət göstərən hər kəsin öldürüləcəyi mesajını verən Mcgurk, əmrindəki terroristlərə "Kimsəni əsir götürməyin, öldürün" təlimatını çatdırıb.
 
YARDIMLAR NİYƏ İNDİ?
 
 ABŞ Rakkanı PKK-nın yeni mərkəzinə çevirmək istəyir. Bununla bağlı Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç açıqlama verib. Klintseviç iddia edir ki, ABŞ-ın Rakkaya humanitar yardım üçün büdcə ayırması, Suriyada Bəşər Əsədin nəzarətində olmayan yeni bir mərkəzin qurulmasına xidmət edir. ABŞ və koalisiya ölkələrinin birdən-birə Rakka üçün milyonlarla dollar və avro ayırdığına diqqət çəkən Klintseviç, "Bütün bunların arxasında siyasi bir planın olduğu açıqdır. Burada məqsəd Rakkanı bir başqa Suriyanın, yəni Əsədin nəzarətində olmayan Suriyanın yeni separat mərkəzinə çevirməkdir." deyə, fikir bildirib.
Müxalifət.az