Yeni qırğına hazırlaşırlar

Baxış sayı:
7900

Liviyada Giryan şəhərini itirərək zərbə alan Hafter Terror Təşkilatının yeni hədəfi strateji Benii Velid şəhəridir. Benii Velidi paytaxt Tripolini işğal etmək üçün tramplin olaraq istifadə etmək istəyən Hafterin yeni qırğın törədəcəyindən narahatlıq duyulur. Liviyanı qeyri sabit və yenidən müstəmləkə etmək istəyən güclərin aləti olan çevrilişçi general Xəlifə Hafter nəzarətindəki terror təşkilatının yeni hədəfi Beni Velid şəhəridir. Hafter terror təşkilatı keçən ay strateji Giryan şəhərindəki məğlubiyyəti Beni Velid üzərindən açacağı yeni cəbhə ilə kompensasiya etməyi məqsəd qoyur. Liviyanın şərqində olan Beni Velid də Giryan kimi strateji mövqeyə sahibdir. Ölkənin şərqini işğal altında tutan Xəlifə Hafterin paytaxt Tripolini ələ keçirmək üçün 4 apreldə əmrini verdiyi hücuma qarşılıq paytaxtdakı beynəlxalq ictimaiyyətin tanıdığı Milli Razılaşma Hökumətinə (UMH) bağlı hərbi birliklər də "Burxan əl-Qəzəb" adı altında əməliyyat başlatmışdı. Strateji əhəmiyyətdədir Beni Velid Liviyanın qərbində paytaxtın 180 kilometr cənub-şərqində yerləşən strateji əhəmiyyətə malik bir şəhərdir. Beni Velidin əhəmiyyəti yalnız mövqeyindən qaynaqlanmır. Ölkənin qərbindəki ən əhəmiyyətli qəbilələrdən və devrilmiş lider Muammer Kaddafi tərəfdarı olan El-Verfelenin qalası şəhər, 2012-də mühasirəyə alınıb, Misrata Briqadaları tərəfindən basqın təşkil edilib. Şəhər sakinləri isə o dövrlərdə ölkədə yaranan fərqli siyasi və hərbi güclər qarşısında tərəfsiz qalmağı seçdi. Cənubdan açılan qapı Tripolinin 100 kilometr cənubundakı Giryanın Hafter təşkilatının nəzarətindən çıxmasından sonra Tripoliyə cənubdan açılan ikinci qapı Terhune, Hafter gücləri üçün yeni əmr mərkəzi oldu. Uçuşlar dayandırıldı Aradan keçən üç ay ərzində tərəflər arasında üstünlük təmin edilmədi, ancaq 26 iyunda Mərkəzi hökümətə bağlı birliklər Hafter güclərinin Tripoli hücumunda lojistik və hərəkat nöqtəsi olaraq istifadə etdiyi kritik əhəmiyyətə sahib Giryan şəhərini ələ keçirdiklərini açıqladı. Giryanı itirəndən sonra Hafter güclərinin paytaxtın cənub-şərqindəki Beni Velid şəhərində yerləşən hava lımanını hərbi məqsədləri üçün istifadə etdiyi ilə bağlı xəbərlərin yayılmasından sonra UMH birlikləri ola biləcək bir hava hücumunu nəzərə alaraq Beni Velid hava lımanındakı uçuşları dayandırdı. Müxalifət.az