​“Yeni prezidentin ətrafında Trampın düşmənləri var” – ABŞ prezidentinin vəkili Zelenski ilə görüşü təxirə saldı

Baxış sayı:
2314

ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Rudolf Culiani Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski ilə görüşmək üçün daha öncə elan etdiyi Kiyev səfərini təxirə salıb. Culiani bunu 11 may tarixində ABŞ-ın Fox News televiziya kanalına müsahibəsində təsdiq edib.
 
Vəkil hesab edir ki, bu baş verəcəyi halda o “prezidentin, bəzi hallarda isə ABŞ-ın düşmənlərinin” əhatəsində olacaqdı.
 
“Böyük bir naraharlıq var ki, yeni prezidentin (Vladimir Zelenski) əhatəsində prezidentin (Donald Tramp) düşmənləri var.” – deyə Culiani bildirib. Vəkil adları dəqiqləşdirməyib.
 
Zelenskenin komandası bu bəyanatı hələlik şərh etməyib.
 
Həftənin əvvəli Amerikanın mətbu orqanı The New York Times xəbər yayıb ki, Rudolf Culiani Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski ilə görüşmək məqsədilə yaxın günlərdə Kiyevə səfər etməyi planlaşdırır.
 
Culiani Zelenski ilə görüşərək, Tramp üçün əhəmiyyət kəsb edən iki məsələni müzakirə etməyi planlaşdırdığını bildirib.
 
Birincisi, xüsusi prokurorun Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatının mənbələri, ikinci isə ABŞ-ın sabiq vitse-prezidenti Cozef Baydenin oğlunun oliqarx və siyasətçi Nikolay Zloçevskiyə məxsus Burisma Holding qaz şirkətinin fəaliyyəti ilə əlaqəsi haqdadır.
 
Culiani The New York Times qəzetinə müsahibəsində “seçkilərə müdaxilə etmək” planı olmadığını, amma təhqiqatın işi ilə maraqlanmaq haqqında malik olduğunu bildirib.