YENİ NƏSLİ NECƏ YETİŞDİRMƏLİ?! – Aynur Talıblı yazır

Türk yurdunu, obasını qoruyan ərlər, igidlər və xanımlar, xatunlar var olduqca, Turk yurdu var olacaq. Hər zaman bunun önəmini anlamalı və bu bilinclə yaşamalıyıq. Fəqət son zamanlar istər yetişmə tərzi, istərsə də mənəvi cəhətdən olsun, bizlər və yeni nəsillərimiz xarici təsirlərlə öz kökümüzdən uzaqlaşdırılırıq. Əmin ola bilərsiniz ki, bu sonda nəticə olaraq heç də xoş bəhrələr verməyəcəkdir. Başqalarının olmayan "mədəniyyətini" təqlid etmək həm atalarımıza, həm də şanlı türk millətimizə qarşı ədəbzislik olar ki, zatən  təqlid edilməyə çalışılan mədəniyyət ədəbsizliklərlə doludur. Çünki bizlər özümüzə döndükcə, soy-kökümüzə bağlı qaldıqca hər zaman öncül və hər sahədə müvəffəqiyyətli-başarılı olarıq.
Təbii, sosial varlıq olaraq bizlər ətrafımızdakı digər millətlərin təsirində qala bilərik, ama bunu "çağdaşlıq" adı altında istəyərək və bilərək etmək doğru deyildir. Çünki digər bir məqaləmdə qeyd etdiyim kimi özünü "mədəni", "modern" sayan avropalılara mədəniyyəti bizlər öyrətmişik. Hər halda bəzi gərcəkləri onlar - avropalılar qəbul etməsələr də, rəzil və geriçilik tarixi olaraq adlandırdıqları ilk və orta çağa nəzər salsalar yetərli olacaqdır.
Bu yazımda tariximizdə biz Türklərin, atalarımızın övladlarını necə yetişdirdiyini, əski Türk toplumunda uşaqların önəmini xatırladacaq, bizim gələcəyimiz olan yeni türk nəslini necə yetişdirməmiz gərəkdiyini və onların Türk millətinin gələcəyi üçün nə qədər önəmli olduğunu qeyd edəcəyəm.
Məlumdur ki, gələcəyimiz olan övladlarımız, biz necə yetişdirəriksə, o tərzdə həyatlarını davam etdirərlər. Təbii, bəzi ətrafdakı təhlükələrə qarşı güclü olmağı da bizlər onlara kiçik yaşlarında öyrətməliyik. Bu mövzuda gözəl bir atalar sözümüz vardIr: "Ağac yaşkən əyilir".
Həqiqətən qeyd etdiyimiz ata sözümüz dərin mənaya malikdir. Yəni insan övladı ən çox kiçik yaşlarda öyrətimə və tərbiyəyə açıq olur. Uşaqlıqda övladlarımıza necə tərbiyə verəriksə, hansı tərəfə yönəldiriksə, yetkinlik yaşına gəldiklərində həyatlarında bunun önəmli təsiri olar.
Əski Türklərin yaşam tərzi və ailə münasibətlərini özündə əks etdirən ən sağlam qaynaq dastanlarımızdır. Bu dastanların arasında biz Oğuz Türklərinin əski yaşam tərzlərini və ailə münasibətlərini dolğun şəkildə əks etdirən, ən önəmlisi, heç şübəsiz, “Kitabi-Dədə Qorqud” dastanıdır. Bu yazımda da zaman-zaman Dədə Qorqud dastanına əsaslanıb, örnəklər verəcəyəm.
Türk toplumunda uşaqlar bir gələcək abidəsidir. Yəni toplumun dəyərlərini sonrakı quşaqlara- nəsillərə daşıyacaq olan tək ünsürdür. Əski türklərdə uşaq ailə, toplum və hətta dövlət üçün gələcəyin təminatı olaraq görüldüyündən, Türk sosial həyatının göz bəbəyi və var olmanın əsasıdır. 
Ayrıca, uşaqlar ana və atanın genetik şifrələriylə var olduqları ikinci zəmin-alan, cəmiyyət baxımından düşünüldüyündə isə cəmiyyətin xarakter daşıyıcısıdır. Yəni ailə və toplum uşaqda əks olunur. Uşağın Türk toplumunda bir dəyər olaraq görülməsinin bir digər səbəbi də onun doğasında-özülündə olan hərəkətlilikdirHəmçinin uşaq, Türk  törəsini daima canli tutan bir ünsürdür. 
Bu baxımdan uşaqlar türk toplumunda bir ehtiyac olaraq görülür. Bir gələcək ünsür və bir yaşadıcı olaraq görülən uşaq, hər zaman sayqı və sevgi göstərilən bir varlıqdır.

Dədə Qorqud hekayələrinin qurucusu olan Türkün ortaq vicdanında və ortaq ağlında, uşaq kiçik də olsa onurludur, bir mənliyə və olgunluğa sahib olaraq qarşımıza çıxar. Bu hekayələrdə uşaqlara çox zaman bir yetişkin kimi davranılır. Bu da uşaqların mənliyində, dəyər verilən bir varlıq olduğu hissini doğuraraq şəxsiyyətinin formalaşmasına müsbət bir təsir etmişdir.
Qeyd etdiyimiz kimi, qədim Türklərdə uşaq ailə hüququ baxımından da önəmlidir. Bunun səbəbi uşağın ailənin davam etməsindəki ən önəmli ünsür olmasıdır. Uşağın olmadığı hallarda Türk erkəyi suçu qadınında axtarmamaqda, özü də suçu və ya qüsuru bölüşməkdədir. Bu bir həqiqətdir ki, əski Türklərdə uşaq sahibi olmaq  çox istənilən bir haldır.
Türklərdə yeni doğulan uşağa belə, qəhrəman gözü ilə baxılırdı. Cinsiyyətindən fərqli olmayaraq hər uşaq  gələcəyin bir alp-Türk savaşçıdır. “Alp” sözü türk sözüdür və bizim ərəbcə “güc” anlamında işlətdiyimiz mənaya gəlir. Savaşçılara “alp” deyilməsinin səbəbi isə hər zorluğu dəf edə biləcək gücə sahib olmasındandır. Yəni hər türk uşağı bir alpdır.
Uşağın varlığı ailənin gələcəyi üçün önəmlidir. Dədə Qorqud hekayələrində Dirsə Xanın oğlu və qızının olmadığından bəhs edilir. Dirsə Xan və Xatunu bu vəziyyətə üzülür. Dirsə Xan xanımının istəyi ilə ulu toyu toplayıb, dua etmələrini arzu edir. Bu duaların sonucunda xatunu hamilə qalır və bir müddət sonra oğlu dünyaya gəlir.
Türklər qız və oğlan uşaqları arasında fərq görməzdilər. İnsanın yaradılışı baxımından fərq görməsələr də erkək və ya qız uşaqlarının ailələr baxımında bir-birlərindən fərqli ola biləcəkləri ehtimalı da vardır. Ana və ya ata qızını erkək övladından və ya erkək övladını qız övladından daha çox sevə bilər. Bu mövzuda fərqli fikirlər mövcuddur. Bu fikirlərdən Ünal-Öztürk, qız və erkəklərin dəyərləndirilməsi mövzusunda bəzi qızların daha çox sevildiyini düşünməkdədir. Ögəl isə Hun və Göktürk çağından qalan bəlgələrdən yola çıxaraq, erkək uşaqlara daha çox dəyər verildiyi düşüncəsindədir.
Əski Türklərdə oğul övladı ifadə etmək məqsədi ilə "atac" sözü istifadə edilmişdir. Ataç - böyüklük göstərən uşaq, oğul mənasına gəlir. "Anaç" isə kiçik ikən, böyük bir anlayış göstərən qız, anacıq deməkdir(Kaşğarlı Mahmud). Burdan əski türklərdə oğulun ataya, qızın anaya bənzədiyi görülməkdədir. "Ata oğul ataç doğular", yəni oğul ataya bənzər ifadəsi bunu doğrulamaqdadır. Oğul ataya, qız anaya bənzədiyinə görə, erkək uşağın yetişdirilməsi atanın, qız uşağının yetişdirilməsi ananın görəvi idi.
Ancaq qədim Türklərdə sadəcə övlad sahibi olmaq yetərli deyildi. Övladın savaşçı və qəhrəman olması da mühüm idi. Bunun üçün təlim, yetişmə tərzi önəmli olmuşdur. Türklərdə uşağın yetişdirilməsinə ailə ortamından başlanır. Uşaqlar daha kiçik yaşda at minmək, qılınc oynatmaq, ox atmaq kimi igidlik, savaşcılıq xüsusiyyətlərini öyrənərkən, toplumun-cəmiyyətin qaydalarını da öyrənirdilər. Uşaqlar öyrənim - təlim zamanında belə qanunlara uymalı idilər.
Dədə Qorqud hekayələrində də uşaqlara verilən təlimin, eyitimin, tərbiyənin də böyük bir yeri vardır və əsərin müqəddimə qismində də buna diqqət çəkilir…

Uşaqların təlimi ailənin görəvi olmaqla bərabər toplumdakı bütün fərdlər də bu təlimdə məsuliyyət - sorumluluk daşıyır. Uşaqların hüquqi baxımdan təməl haqq və özgürlükləri ailə ortamında formalaşırdı. Qədim Türklərdə uşaqlar öz adlarını etdikləri qəhrəmanlıqlarla alırdılar. Adını öz haqqıyla -qəhrəmanlığı ilə alan bir uşaq, düzənlənən törə - yığıncaq ilə adını hər kəsə duyurur - tanıdırdı. Uşaqlara verilən adlarda bəzi qavramlar diqqəti çəkirdi. Bu adlar içərisində Bozkurt, Kök Börü, Uku (Baykuş), Turul (Toğrul) və başqa isimlər yer almaqdadır.
Yağıbasan ismi düşmanın hücumu dəf edilən gün doğulan uşaqlara, Aşbergen ismi aş törəni edildiyi gün doğulan uşağa, Konak Keldi ismi sayılı misafir gəldiyi gün doğulana, Uralbəy, Sırgəldi, İdilbey isimləri doğulduğu yerə görə verilən isimlərdir. Bu isimlər verilərkən təbiət qüvvətlərinin, ruhların və cinlərin yeni doğulan uşağın həyatına müdaxilə etməyəcəyi düşünülürdü. Uşağın uzunömürlü olması üçün Tokdasın, Dursun kimi isimlər verilərkən bunların yanında yaxşı xarakterli xüsusiyyətlərini anlatmaq üçün Tınıbek, Canıbek, Alper kimi isimlər verilirdi.
Türklərdə qurd igidliyin simvolu - işarətidir. Bu səbəbdən qurd insan ismi kimi Türklərdə istifadə edilirdi. Bu yerdə Türk tariximizdə önəmli yeri olan Türk alpı - sərkərdəsi Ərtuğrul Qazinin bu sözlərini xatırlatmaq istəyirəm: “Türk balası qurd olur, basdığı yer yurd olur". Burdan da anlaşıldığı kimi Türklər övladlarını qəhrəman kimi yetişdirir və igidliyin onların şanını yüksəltdiyinə inanırdılar.
Qeyd etdiyimiz kimi, qədim Türklərdə mücadələ əsasdır və uşaqlarda da qəhrəmanlıq ən yüksək sosial dəyərdir. Belə olduğu halda qız uşaqlarının da dəyəri, ata binmək, qılınc oynatmaq, ox atmak, düşmana hücum etmək, yəni maddi qüvvət təzahürləri ilə ölçülür. Çünki göçəbə və hər zaman düşmənlə savaşan bir toplumda, qadının da alp tipinə uyğun olması, yəni qəhrəman, qorxusuz və çevik olması gərəkir. Bu halın əsərdəki Bamsı Beyrek ve Kan Turalı hikayələrində yoğun olaraq əks edildiyini görürük: Bamsı Beyrək, atasına evlənəcəyi qızın xüsusiyyətlərini belə söyləyir: “Ata mana bir kız alı vir kim, men yirümden turmadın ol turmah gerek, men kara koç atuma binmedin ol binmeh gerek, men karımuma varmadın ol baş getürmek gerek, bunun gibi kız alı vir baba mana”.
Beyrəyin atası Pay Püre Xan da “Oğul sən qız diləməzsin kəndünə bir hampa istər-imişsin” deməkdədir. Məhz hekayənin öncəsində Beyrək, beşik kərtməsi olan Banu Çiçəyin evinə tesadüfən gəlir. Daha öncə görmədikləri üçün bir-birlərini tanımırlar. Banu Çiçək qarşısındakı insanın həqiqətən göbəkkəsməsi olub-olmadığını öyrənmək üçün Beyrəyə bir təklif edir: “Gəl, imdi sənün ilə ava çıxalum, əgər sənün atun mənüm atumı kiçər isə onun atını dəxi kiçərsən. Həm sənün ilə ox atalum, məni kiçər isen, anı dəxi, kiçərsən və həm sənün ilə gürəşəlüm, məni basar isən, anı dəxi basarsan” deyər və Beyrək də bu təklifi qəbul edər.
Ardından Banu Çiçək ve Beyrək, bir-birlərini yenmək üçün mücadələyə - yarışa başlar, ox atarlar, güləşirlər. Sonunda Beyrək Banu Çiçəyi yenər. Banu Çiçək də özünü tanıdar və bu olaydan sonra nişanlanırlar.
Burada görülür ki, qəhrəman, qız və ya erkək olsun, evlənəcəyi insanı  cəsarətinə, igidliyinə ve savaşçı özəliklərinə görə seçirdilər. Bu hekayələrdə də görüldüyü kimi, erkəklər qədər qadınların da igid və qorxusuz olmaları tərcih edilir və igid bir erkək ancaq özü kimi cəsur və igid bir qızla evlənir.
Sizlərə qədim Türklərin uşaqları necə yetişdirdiyindən və əski türk toplumunda uşaqların önəmindən bəhs etdim. Atalarımız övladlarını xüsusi təlimlə yetişdirirdilər. Bəs bizlər necə edirik?
Bəzən onları xarici dil öyrənsinlər, bilgisayarı bilsinlər, yeni -müasir dünyadan geri qamasınlar və.s kimi məşğuliyyətlərə yönəldirkən kökündən, özündən, milli kimliklərindən qoparırıq. Dil öyrənsinlər deyə evimizdə onlarla başqa dildə (rus, ingilis) danışır, ana dilimizi unutdururuq, modern olsunlar deyə əcayib tərzdə musiqi dinləmələrinə, qeyri-etik geyimlərinə göz yumuruq və güclü şəxsiyyətə malik olsunlar deyə, mənəvi cəhətdən yetişdirməyi unuduruq. Beləcə, əcayib bir nəsil yetişir, milli kimliyini unutmuş, dilini bilməyən, mədəniyyətin sadəcə avropalılarda olduğunu düşünən bir nəsil. Bu məqamda Türk dünyasının görkəmli ədibi Bəxtiyar Vahabzadənin bu misralarını xatırlatmaq istəyirəm:

"Yad yerin halvası çox şirin olar".
Qaçırsan, minillik ənənədən qaç!
Hər kəsə bənzəmə, sən təzə yol aç!
Dediyin hər sözü duy dərin-dərin.
Həyatda gördüyün geriliklərin
Demə ki, hamısı ənənədəndir!..
Sən niyə arxanı köhnə sayırsan,
Qaçıb öz atandan bəs bu nədəndir?
Özgə ataları yamsılayırsan?
***
Gülmə öz kökünə, ayıbdır sənə!
Ot kökü üstündə bitər, unutma,
Köhnə damğasını vurub atana,
Özgədən özünə sən ata tutma!
Yadın köhnəsi də dilin əzbəri,
Ənənən çiyninə niyə yük oldu?
Anlaya bilmirəm, nə vaxtdan bəri
Yadı yamsılamaq yenilik oldu?!
                                       
Həqiqətən bu misralar hər şeyi əks etdirir. Bizlər atalarımızın övladlarını yetişdirdiyi tərzdə yetişdirəriksə, hər şey daha fərqli olar. Biz övladlarımıza başqa dilləri öyrədək, amma öz dilimizi unutdurmayaq, onları başqa millətlərin mədəniyyətlərindən xəbərdar edək, amma öz kökünü unutdurmayaq. Türk İslam mədəniyyəti dünyanın ən əsil və möhtəşəm mədəniyyətidir. Onlara-övladlarımıza xarici filimlərin xəyalı qəhrəmanlarını sevdirmək, örnək göstərməyin əvəzinə Türk tariximizin yaşamış və elm, mədəniyyət , hərb sahəsində uğurlar qazanmış şəxsiyyətlərini xatırladıb, öz qəhrəmanlarımızı sevdirək. Tarixində, soyunda qəhrəmanları olmayan millətlər xəyali-sanal qəhrəmanlar uydurub, kitablar yazaraq, filmlər çəkərək  öz nəsillərini yönləndirməkdə, tərbiyə etməkdədirlər. Bizim şanlı Türk tariximizdə minlərcə qəhrəman, igid atalarımız vardır. Unutmayın, gözəl və anlamlı bir ata sözümüz var: "Od kökü üstə bitər".
Özümüzdən, kökümüzdən qoparıqsa, başqa millətlərə kölə olmağa məhkum olarıq. Bizim şanlı tarixə nam salmış millətimiz var. Uşaqlarımız bizim gələcəyimizdir, onlara keçmişlərini unutdurmamalı və onların qəhrəman bir milləti təmsil etdiklərini xatırlatmalıyıq.
Mustafa Kamal Atatürkün söylədiyi kimi: "ÇOCUKLAR GELECEĞİMİZİN GÜVENCESİ YAŞAMA SEVİNCİMİZDİR, BUGÜNÜN ÇOCUĞUNU YARININ BÜYÜĞÜ OLARAK YETİŞTİRMEK HEPİMİZİN İNSANLIK GÖREVİDİR" 
Nə mutlu Türküm deyənə!
Son olaraq Türk komutan İshak Çelik beyin bu sözlərini sizlərlə paylaşmaq istərdim: "Keçmişini unudanın gələcəyi olmaz!"

Aynur TALIBLI,
Tarix və mədəniyyət araşdırmaçısı.
İSTANBUL 2017.