Yeni “Notr Dam” Kilsəsinin inşası 5 il sürəcək

Baxış sayı:
5662

Fransa prezidenti Makron srağagün baş verən yanğında böyük zərər görən “Notr Dam” Kilsəsinin yenidən inşasının 5 il ərzində tamamlanacağını söyləyib.
 
Makron paytaxt Parisin simvollarından tarixi “Notr Dam” Kilsəsində yanğınla bağlı açıqlama verərək yeni kilsənin əvvəlkindən daha gözəl bir şəkildə yenidən inşa ediləcəyini və işin 5 il ərzində başa çatdırılmasını istədiyini söyləyib.
Qeyd edək ki, “Notr Dam” Kilsəsi üçün toplanan ianə miqdarı təxminən 700 milyon avroya çatıb.
Müxalifət.az