Yeni nazir köhnə kollektivlə vidalaşdı - FOTOLAR

Baxış sayı:
2773

Prezident İlham Əliyevin sərəncamına əsasən, dünən Ekologiya və Təbii Sərvətlər naziri  təyin edilən Muxtar Babayev 8 il rəhbərlik etdiyi “Azərikimya” İstehsal Birliyinin kollektivi ilə vidalaşıb.
 
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, birliyin binasında keçirilən görüşdə nazir çıxış edib. M. Babayev ötən 8 il ərazində rəhbərlik etdiyi kollektivin uğurlu fəaliyyətindən danışıb, “Azərikimya”nın çoxminlik əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.
 
Nazir keçmiş kollektivinə uğurlar arzulayıb.