​Yeni Narkoloji Mərkəz İSTİFADƏYƏ VERİLƏCƏK

Baxış sayı:
2674

Respublika Narkoloji Dispanserdə müalicə alan xəstələr müxtəlif tibb müəssisələrinə köçürülüb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov məlumat verib.
Onun sözlərinə görə, həmin müəssisələrdə təxliyə olunan xəstələrə zəruri tibbi yardım göstərilir.
“Bu yaxınlarda yeni Narkoloji Mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub. 4 korpusdan və 300 çarpayıdan ibarət olacaq müəssisə Sabunçu rayonunun ərazisində yerləşəcək. Yeni Narkoloji Mərkəz müayinə və müalicə işini yüksək səviyyədə qurmaq üçün ən yeni müasir avadanlıqlarla təchiz edilib. Narkoloji asılılıqdan müalicə alan insanlar yeni Mərkəzdə müalicə alacaq”.