“Yeni Müsavat” cəfəngiyyat yazıb”

Eks-spiker Rəsul Quliyev “Yeni Müsavat” qəzetində dərc edilən “General Elçin Əliyevlə Rəsul Quliyevin telefon danışığı – kod “28 oktyabr” məqaləsinə münasibət bildirib.
Rəsul Quliyev yazılanları cızma-qara adlandırıb: “Yeni Müsavat” qəzetində çıxan o cızma-qaranı oxudum. O məqalədə nəinki mənimlə əlaqədar, hətta MTN-in dağıdıcılıq fəaliyyəti və həmçinin Rusiya Federasiyasının, hansı isə heç vaxt adını belə eşitmədiyim generalı ilə telefon danışığına Dubayda qulaq asmasına qədər ya məqsədyönlü, ya da sensasiya naminə yazılan fantaziyadır. Ümumiyyətlə son 15 ildə nə Dubaydan, nə də başqa yerdən heç bir MTN işçisi ilə telefon danışığım olmayıb. Bu yalanın o yazıda yer tutması yazının bütövlüklə cəfəngiyat olduğunu sübut edir. 2005-ci ildə mənim gəlib parlament seçkilərində iştirak etmək istəyimi dövlət çevrilişi kimi təqdim etmək istəyən jurnalist və ya onun qəzetinə inanmaq olarmı? Hər halda ağlı başında olan inanmaz. Hökümət bilərəkdən və ya bilməyərəkdən ölkədə ifrat demokratiyanın yaratdığı ifrat sarı mətbuatı (sarı mətbuat yalan sensasiyalar, böhtan, şər–şamata ilə dolu olan qəzetlərin adıdır. 19-cu əsrdən mövcuddur.) imici yarada bildi. Ölkə daxilində deyə bilmərəm, xarici səfirliklər, beynəlxalq təşkilatların heç biri daha heç vaxt bu mətbuat orqanlarına inanmaz. MTN ilə əlaqədar özünü müxalifət və ya bitərəf adlandıran qəzetlərin saldığı haray-həşirin yalançılıq səviyyəsini və ziyanını izah etməkdən asan iş yoxdur və mən bu barədə fikirimi bildirəcəyəm”.
moderator.az
ilərində iştirak etmək istəyimi dövlət çevrilişi kimi təqdim etmək istəyən jurnalist və ya onun qəzetinə inanmaq olarmı? Hər halda ağlı başında olan inanmaz. Hökümət bilərəkdən və ya bilməyərəkdən ölkədə ifrat demokratiyanın yaratdığı ifrat sarı mətbuatı (sarı mətbuat yalan sensasiyalar, böhtan, şər–şamata ilə dolu olan qəzetlərin adıdır. 19-cu əsrdən mövcuddur.) imici yarada bildi. Ölkə daxilində deyə bilmərəm, xarici səfirliklər, beynəlxalq təşkilatların heç biri daha heç vaxt bu mətbuat orqanlarına inanmaz. MTN ilə əlaqədar özünü müxalifət və ya bitərəf adlandıran qəzetlərin saldığı haray-həşirin yalançılıq səviyyəsini və ziyanını izah etməkdən asan iş yoxdur və mən bu barədə fikirimi bildirəcəyəm”.
moderator.az