"Yeni müharibə başladıb, bəzi əraziləri vermək istəyirlər..." - PAŞİNYAN NARAHATDIR

Baxış sayı:
592

Ermənistanda konkret qüvvələr var ki, “iki erməni xalqı” arasında nifaq salmaq istəyir.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Yerevanda öz tərəfdarları qarşısında bildirib.

Paşinyana görə 2016-cı ilin aprel müharibəsi ilə bağlı bütün xüsusatları araşdırmaq üçün parlament komissiyası yaratmağın vaxtı çatıb. Onun sözlərinə görə, əvvəlki korrupsioner-kriminal rejimdən daha çox Dağlıq Qarabağ əhalisi zərər çəkib. İndi isə bu korrupsioner sistemin bəzi nümayəndələri öz şəxsi əlaqələrindən istifadə edib Ermənistan hökumətinə və baş nazirinə qarşı təbliğat qurublar.

“Bütün faktları araşdıraraq mən bunun arxasında yeni müharibə başlatmağa və hətta ola bilsin bəzi əraziləri verməyə hesablanmış qəsd planının dayandığını görürəm. Bu fəaliyyəti dövlətə xəyanətə bənzədirəm və baş nazir, ali baş komandan kimi həmin qəsd planının qarşısını almaq üçün ən sərt tədbirlər görəcəyəm”, - Paşinyan deyib.