Yeni kral yenə hamını çaşdırdı

Ərəbistanının yeni kralı Salman bin Əbdüləziz növbəti qərarı ilə bütün dünyanın diqqətini yenidən özünə cəlb edib.

ANS PRESS-in məlumatına görə, Misirdəki xunta hökumətini tənqid etdiyi üçün sabiq kral tərəfindən işindən uzqalaşdırılan Kəbə imamı Səud əş Şureym vəzifəsinə geri qaytarılıb.

Bundan əvvəl isə Salman bin Əbdüləziz vəzifəyə gələn kimi Misirdəki hərbi dövlət çevrilişini dəstəkləyən Krallıq Divanının sədri Xalid ət Tuveycrini istefaya göndərmişdi.

Politoloqlar hesab edirlər ki, əş Şureymin vəzifəsinə qaytarılması Misirdə rejimin dəyişilə biləcəyinin işarəsidir. Bu həm də Səudiyyə Ərəbistanının siyasi baxışında baş verəcək bəzi dəyişikliklərin xəbərçisidir.

Xatırladaq ki, Kəbə imamı şeyx Səud əş Şureym Misir təhlükəsizlik qüvvələrinə səslənərək “Rabia” və “Nahda” meydanlarında aksiyaçıların döyülməməsini tələb etmiş, əllərini müsəlman qanına batırmamaları istiqamətində onlara Twitterlə xəbərdarlıq etmişdi. Bundan sonra S. Ərəbistanı rəhbərliyi Şureymi tutduğu vəzifədən uzaqlaşdırmışdı.