YENİ KOMİTƏ SƏDRİ HAQDA İLGİNC MƏLUMATLAR – “Sınıq Körpü”də ciblərə axan milyonlar...

Gömrük sistemindən oğurlanan pulların taleyi necə olacaq?

Baxış sayı:
8908

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləlkilə, 28 avqust – 03 sentyabr 2018-ci elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Gömrük Komitəsinin sədri, general-leytenant Səfər Mehdiyev olub. Onun barəsində “Səfər Mehdiyev barədə ilginc məlumatlar”, “Səfər Mehdiyevlə Əbülfəz Məlikovdan xalqa qarşı TƏHLÜKƏLİ OYUN - Ölkənin baş inhisarçısı DGK sədrinin özüdür ki var…”, “«Sınıq Körpü»-də ciblərə axan milyonlar… – VİDEOFAKT”, “Baba Rzayevin Səfər Mehdiyevlə iş birliyi – Monopoliya genişlənir”, “Səfər Mehdiyev inhisarçıların əlinə oynayır - İDDİA”, “Mikayıl Cabbarov Səfər Mehdiyevi ram edə bilmir... - GƏLİŞMƏ”, “«Sınıq Körpü»-də ciblərə axan milyonlar... - VİDEOFAKT”, “"Hörmətli Səfər Mehdiyev, bəs günahkar kimdir?" - QALMAQAL”, “Səfər Mehdiyevlə Əbülfəz Məlikovdan xalqa qarşı TƏHLÜKƏLİ OYUN - Ölkənin baş inhisarçısı DGK sədrinin özüdür ki var…” başlıqlı 9 məqalə ümumilikdə 20 elektron KİV-də işıqlandırılmışdır.
 
Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov “Gömrük sistemindən oğurlanan pullar geri qaytarılır? - Əbülfəz Məlikovu silkələyirlər...”, “Əbülfəz Məlikov "mənə dəyməyəcəklər" deyir... - Amma buna baxmayaraq...”, “Səfər Mehdiyevlə Əbülfəz Məlikovdan xalqa qarşı TƏHLÜKƏLİ OYUN - Ölkənin baş inhisarçısı DGK sədrinin özüdür ki var…” başlıqlı 3 məqalənin 6 elektron KİV-də yayılması ilə tutur.
 
Elektron KİV-də ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “Azərbaycanlı məmur övladları və onların ailəsi : Kim nə işlə məşğuldur- SİYAHI/ FOTOLAR”, “Kəmaləddin Heydərov dünya çempionunu işdən qovdu; Füzuli Musayev xəbəri təkzib edir” başlıqlı 2 məqalənin 3 elektron KİV-də yayılması ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov tutur.
 

DEPUTAT OĞLUNUN 486 MANAT 46 QƏPİKLƏR “PORSCHE” ALMASININ SİRRİ...
 

Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Elmira Axundovanın oğlunun 486 manat 46 qəpiklə “Porsche” almasının sirri bilindi –Fotolar”, “Deputat Elmira Axundovanın oğlu yenidən məhkəmədə”, “Həbib Axundova 50 min manat verməlidirlər - Məhkəmə qərar verdi”, “Elmira Axundova və oğlu qalib gəldi - Məhkəmə QƏRARI”, “Deputat Elmira Axundova və oğlunun iddiası üzrə üç illik məhkəmə yekunlaşdı” başlıqlı  5 məqalənin 6 elektron KİV-də yayılması ilə deputat Elmira Axundova tutur.

Mətbuatda ən çox adı hallanan Milli Məclisin deputatları siyahısında 2-ci yeri Xanlar Fətiyev “Millət vəkilindən “Kəpəz”ə zərbə - Elmar Vəliyevdən qorxurmuş”, “Millət vəkili “Kəpəz”in avtobusunu əlindən aldı” başlıqlı 2 məqalənin 4 elektron KİV-də yayılması ilə tutur.
 
 
Muxalifet.az