​Yeni kimliklərin verilməsində niyə problem yarandı? - DİN

Baxış sayı:
1108

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda kişilərə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı yaranmış problemə münasibət bildirib.
Məsələyə Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə xatırladıb ki, sentyabrın 1-dən ölkə vətəndaşlarına kütləvi şəkildə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb və bunun üçün 7 dövlət xidmətinin elektron məlumat bazası bir-birinə inteqrasiya olunub.
"Bütün yeni layihələrin reallaşdırılması zamanı hansısa texniki xətalar yarana bilər. Bu baxımdan, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi də istisna deyil. Yəni sistemlərin inteqrasiyası zamanı texniki nasazlığın olması qaçılmazdır və müşahidə olunan kiçik çatışmazlıqlar dərhal aradan qaldırılır, yaranmış xırda texniki məsələlər dərhal aidiyyəti orqanların məsul əməkdaşları tərəfindən həll olunur. Yəni vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsindən imtina edilməsindən söhbət belə gedə bilməz", - DİN rəsmisi qeyd edib.