​Yeni İŞİD üçün HAZIR OLUN! – Bu ölkələr hədəf OLACAQ

İŞİD terror təşkilatı İraq və Suriyada demək olar ki, məhv edilib. Təşkilat 2014-cü ildə iki ölkə ərazisində böyük ərazilər əldə edərək “xilafət dövləti” qurulduğunu elan etmişdi. Amma son üç ildə İŞİD ələ keçirdiyi torpaqların 80 faizini itirdi.
Hazırda İraq ərazisinin 5 faizi İŞİD-in nəzarətindədir. Suriyada isə İŞİD ölkənin şərqindəki Deyr-ez-Zor əyalətində qalıb. Beləliklə, İŞİD-in iki ölkə sərhədində yerləşən Fərat çayının ətrafında qaldığı deyilə bilər. Lakin siyasi ekspertlərə görə, İŞİD-in torpaqları itirməsi müharibənin başa çatdını deməyə əsas vermir. Əsas sual torpaqlarını, çoxlu sayda döyüşçüsünü və 120 aparıcı liderini itirən İŞİD-in gələcəyi ilə bağlıdır.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ekspertlər sağ qalan İŞİD döyüşçülərinin İraq və Suriyanın şəhər mərkəzlərində “yatan hüceyrələr” yaradacağı enməsi gözlənilir.
Ekspertlərin sözlərinə görə, İŞİD-in bundan sonra hücum taktikası kamikadze hücumları, kiçik pusqular və və sui-qəsdlər şəklində olacaq. Əsas təhlükələrdən biri evlərinə qayıdacaq 5600 xarici döyüşçü ilə bağlıdır.
Bəzi xarici döyüşçülərin Misirin Sinay yarımadası, Liviya, Əfqanıstan və Nigeriya kimi yeni ərazilərə gedəcəyi təxmin edilir. İŞİD-in sonrakı nəslinin terror aktlarını “yatan hüceyrələr” və “tək canavarlar” vasitəsilə davam edəcəyi gözlənilir.