"YENİ İPƏK YOLU": ABŞ və Rusiyanın rəqibi... - ÇİN 21-ci ƏSRİN YENİ GÜCÜNƏ ÇEVRİLİR

Baxış sayı:
2218

Orta Asiyada və ticarət arteriyaları uğrunda Rusiya və Çin arasında ciddi rəqabətə baxmayaraq, Kreml hesab edir ki, iki ölkənin siyasi rəhbərliyi arasında bir növ "kimya" var. Rusiya Prezidenti Vladimir Putin və Si Tszinpinin son altı ildə 28 görüşü, həmçinin 2018-ci ildə 100 milyard dolları aşan ikitərəfli ticarət də buna sübutdur.
Moskva və Pekin arasındakı münasibətlərin bənzərsizliyini şərh edən “Ali İqtisad Məktəbi” Universitetinin dekanı Sergey Karaqanov qeyd etdi: “Rusiya və Çini birləşdirən, eyni zamanda fikir ayrılıqları və rəqabətlərə baxmayaraq onları yaxınlaşdıran nədir? Bu, Qərbin təzyiq hissidir ".

Dostluq və düşmənçilik arasında - Rusiya ilə Çin arasındakı münasibətlərin tarixi

Çin iki ölkə arasında ilk dəfə ticarət əlaqələri qurduğu 1640-dan bu yana Rusiya ilə qeyri-bərabər münasibətlər saxlayır. 1858-ci ildən bəri, Rusiya iki ölkənin sərhədi olan Amur çayını öz ərazisinə ilhaq edərkən sərhəd münaqişələri çıxmağa başladı və bu andan münasibətlərində hər zaman gərginlik yaşandı.
1969-cu ildə Sovet İttifaqı ilə Çin arasındakı sərhəd problemi üzündən yeddi ay davam edən silahlı toqquşmalar baş verdi. Anlaşılmazlıqlar yalnız 1991-ci ildə iki dövlət arasında sərhəddə sazişin imzalanması sayəsində aradan qaldırıldı.
Ancaq 90-cı illərdə ruslar Çindən imtina etmənin "tarixi səhv" olduğunu başa düşdülər və Pekin qısa müddətdə parçalanmış Rusiyanın əsl iqtisadi və siyasi tərəfdaşı oldu, iqtisadi əməkdaşlıq kəskin şəkildə genişləndi və iki ölkə arasında hərbi tərəfdaşlıq inkişaf etməyə başladı.

Rusiya ilə Çin arasında yeni bir rəqabət sahəsi 

2019-un iyulunda Çin-Tacikistan sərhəddində Sincanla həmsərhəd  ərazidə hərbi təlimlər keçirdi. Bu, Moskvanın çoxdan öz təsir zonası hesab etdiyi bölgədir.
Üç ildə ikinci dəfə keçirilən hərbi təlimlər Çin sərhədçiləri üçün bir mərkəzin qurulması ilə yanaşı, uzunluğu 1300 kilometr olan Tacikistan-Əfqanıstan sərhəddində Çin müşahidə məntəqəsinin yaradılması ilə üst-üstə düşdü.
Çinin Tacikistanla sərhəd bölgələrində təhlükəsizliyi təmin etmək üçün hərəkətləri, bu bölgədəki "əmək bölgüsünü" nəzərdə tutan Rusiya-Çin müqavilələri ilə ziddiyyət təşkil edir. Hesab olunurdu ki, Çin Orta Asiyada iqtisadi cəhətdən genişlənərkən, Rusiya onun təhlükəsizliyini təmin edir.
Rusiya üzrə ekspert Stiven Blank: "Təlimlər, Çinin Orta Asiya bölgəsi - Rusiya nüfuz bölgəsinə düşməncəsinə jestidir" dedi. Bununla yanaşı, Avrasiya məsələləri üzrə ekspert Pol Qoblun fikrincə, Moskva Çinin Orta Asiyada bazalar yaratmaq, onun yumşaq gücünü araşdırmaq və nəticədə öz təsirinin azalması ehtimallarına fikir vermədi.
Təhlükəsizlik sahəsində münaqişəyə dair qeyd etmək lazımdır ki, Çin Rusiya hərbi texnologiyasından daha az asılıdır və Rusiya böyük bir bazarı itirə bilər. 2017-ci ildə Çin Rusiya Su-57 qırıcılarından daha müasir olan beşinci nəsil Chengdu J-20 qırıcılarını buraxdı. Bundan əlavə, Pekin hazırda dəniz gücünü əhəmiyyətli dərəcədə artırır.

Ticarət yolları: soyuq qarşıdurma və ya koordinasiya?

2013-cü ildə Çin Prezidenti Si Tszinpin, Pekini dünyanın bütün uc nöqtələri ilə qədim İpək Yolun xətti vasitəsilə birləşdirməyi hədəf qoyan nəhəng bir infrastruktur layihəsi olan Bir Kəmər, Bir Yol təşəbbüsünü elan etmək qərarına gəldi. Bunu Moskvada deyil, Qazaxıstanın paytaxtı Astanada etdi.
Bu addımın simvolik əhəmiyyətinə və Çinin Rusiya üçün marginallaşmasına dair fikirlərə baxmayaraq, Çin-Rusiya əməkdaşlığı "Bir Kəmər - Bir Yol" təşəbbüsü çərçivəsində də davam etdi.
Keçən ilin iyul ayında Baş nazir Dmitri Medvedev, mediyanın "Rusiya İpək Yolu" adlandırdığı Meridian magistralını qurmaq niyyətində olduğunu açıqladı. Marşrutun uzunluğu 2 min kilometrdir və Rusiya-Qazaxıstan sərhədini, Minski Moskvaya bağlayan magistral yola birləşdirəcək.
Bu layihənin dəyəri, marşrutun qurulacağı ərazinin təxminən 80% sahibi olan Rusiyanın "Qazprom" şirkətinin idarə heyətinin sədr müavini Aleksandr Ryazanovun hesablamalarına görə təxminən 600 milyard rubl (9.5 milyard dollar) təşkil edir.
Yolun inşası böyük xərclərlə yük avtomobillərinin tranzitinə görə ödəniləcək məbləğin hesabına başa gələcək dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçiriləcək.
Dörd zolaqlı Meridian magistral yolun Orta Asiya respublikaları, xüsusən Özbəkistan, Qırğızıstan və Tacikistan arasında əlaqəni aktivləşdirəcəyi gözlənilir. Bu yol həm də inşası üzərində birgə çalışan Çin və Rusiya arasında daha geniş əməkdaşlığın bir hissəsi olacaqdır. Marşrut yükdaşımaların sürətini artırmaq üçün Çin və Avropa arasında Rusiya dəhlizi rolunu oynayacaq.
Bu layihənin başlaması barədə elan Çin və ABŞ arasında ticarət müharibəsinin genişlənməsi ilə əlaqədardır, çünki Çin digər bazarlarda varlığını gücləndirməyə, habelə Avropa və Orta Asiyadakı tərəfdaşları ilə ticarət əlaqələrini genişləndirməyə çalışır. Digər şeylərlə yanaşı, Rusiya-Amerika münasibətlərindəki gərginlik, xüsusilə ABŞ-ın iqtisadi sanksiyalarının tətbiqi ilə əlaqəlidir.

Beləliklə, Medvedevin açıqlaması təsadüf deyil. Bu, Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə ötən ilin aprel ayında Pekində baş tutan "Bir Kəmər - Bir Yol Təşəbbüsü"nün ikinci forumundan bir neçə ay sonra edildi və tərəflər ABŞ-a qarşı çıxan Rusiya-Çin ittifaqının gücünü təsdiqlədi. Forumdakı çıxışında Putin Çin ilə münasibətlərin hazırkı mərhələsini "tarixdə ən yaxşı" adlandırdı.
Meridian avtomobil yolunun yaradılması təşəbbüsü Pekin və Moskva üçün çox faydalıdır, çünki Asiya ilə Avropa arasında malların daşınması vaxtını 11 günə qədər azaldır, bu da indiki ilə müqayisədə (45 gün) təxminən üç dəfə sürətlidir. Başqa sözlə, layihə ixrac xərclərinin azaldılmasına və Çin iqtisadiyyatının canlanmasına səbəb olacaq.
Rusiya Meridian layihəsindən böyük qazanc əldə edəcək, magistral yolun hər iki tərəfində inşa ediləcək digər obyektlərə əlavə olaraq, Rusiya iqtisadiyyatı üçün yeni iş yerləri və əlavə gəlir verəcək. O, həmçinin Avropa ilə Orta Asiya respublikaları: Qazaxıstan, Şərqi Özbəkistan, Qırğızıstan və Tacikistan arasındakı əlaqəni genişləndirir. Bu, bu dövlətlər üçün yeni infrastruktur və iqtisadi fayda yaratmaq deməkdir. Digər tərəfdən, tamamlanarsa, layihə Çin və Rusiya arasındakı ziddiyyətləri və hər hansı Rusiya-Çin qarşıdurması şəraitində regional dövlətlərin təhlükəsizliyinə mənfi təsir göstərəcək, Orta Asiyada təsir naminə rəqabəti artıracaq.

Quru Liman geosiyasi rəqabətin nümunəsidir

Çin-Qazaxıstan sərhədində Xorqos, bir çox kranlar, dəmir yolu yolları və anbarlar arasından magistral yolun keçdiyi qarla örtülü zirvələrlə əhatə olunmuş məhsuldar olmayan ərazidir. Bununla belə, Xorqos- Pekin və Moskva arasında Orta Asiyada geosiyasi rəqabətin birbaşa sübutudur.
Xorgos ən yaxın sahildən təqribən 1550 mil məsafədədir, lakin yerli sakinlər əvvəlcə yük daşımalarını artırmaq üçün tikildiyi üçün onu "quru liman" adlandırdılar. Sonuncular 2015-ci ildə istifadəyə verildi və onların sayı durmadan artır. Buna, Çinin lideri Si Tszinpinin "əsrin layihəsi" adlandırdığı ticarət və nəqliyyatın yeni yolları ilə Avropanı Asiya ilə birləşdirmək istəklərinin başlanğıc nöqtəsi kimi baxmaq olar. Bu məkan daxili nəqliyyat və "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində mühüm bir əlaqə halqası olmağa hazırdır.
Layihə, Xorqos ətrafındakı iqtisadi bölgəni, bir sıra fabrikləri əhatə edir və böyük investisiyalar cəlb etmək, gələcəkdə sənaye mərkəzinə çevrilmək məqsədi daşıyır. 2014-cü ildə 100 min insanın yaşadığı sərhədin Çin tərəfində eyni adlı şəhər meydana gəldi.
Orta Asiyanın ən böyük iqtisadiyyatı olan Qazaxıstan, “Bir Kəmər və Bir Yol” təşəbbüsü çərçivəsində Çinlə tərəfdaşlığı məmnuniyyətlə qəbul etdi və Pekinin təklif etdiyi yeni iqtisadi fürsətlərdən faydalanmağa ümidləndi.
Həqiqətən də, son illərdə Çin “Yeni İpək Yolu”na bağlı layihələr və investisiyalar yolu ilə Mərkəzi Asiya regionunda fəal siyasət aparır ki, bu da onu geosiyasi rəqabətin yeni arenasına və dünya ticarətinin mərkəzinə çevirir.

Tarixən, Rusiya Orta Asiyaya təsir dairəsi kimi baxırdı, lakin Pekinin güclü bir iqtisadi güc olaraq yüksəlməsi bölgənin dinamikasını dəyişdirərək yeni bir dövrü başlatdı. Pekin və Moskva Orta Asiyada yeganə oyunçu deyil. Bunların arasında Hindistan, Yaponiya və Avropa Birliyini ayırd edə bilərik. ABŞ prezidenti Donald Trumpın administrasiyasına gəlincə, o, ABŞ dövlət katibinin yanvar ayında gözlənilən Mayk Pompeo səfəri ərəfəsində bölgəyə münasibətdə yeni strategiya hazırlamağı planlaşdırır.
"Orta Asiya maraqlı hadisədir, çünki Çin düşmən mühitində ehtiyatla davranır" Karnegi Moskva Mərkəzinin əməkdaşı Alexander Gabuev deyir. O, davam etdi: "Pekin praqmatik yanaşma göstərir və bəzən öz mövqeyini möhkəmləndirmək və bölgədəki əsas iqtisadi güc olmaq üçün Rusiyanın qarşısını almağa, onun məkanını daraltmağa çalışır ".
Rusiya üzrə ekspert Mark Galeotti hesab edir ki, Moskva və Pekin ikitərəfli münasibətlərdə praqmatik mövqe tuturlar, iqtisadi əməkdaşlığı genişləndirmək üçün açıq qarşıdurmanın qarşısını alırlar.
Onun fikrincə, sadalanan rəqabət sahələrinə baxmayaraq, Rusiya və Çin fikir ayrılıqlarını aradan qaldırmaq və iqtisadi əməkdaşlıq imkanlarını artırmaq istəyirlər. Galeotti əlavə etdi: "Bununla birlikdə Orta Asiya bölgəsi zamanlı bombadır və iki ölkə arasında bu bölgədə hər hansı kiçik münaqişə böyük bir böhrana çevrilə bilər ".
"Sasapost"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az