​Yeni il gecəsi 500 minlik içki oğurlayanlar tutuldu

Baxış sayı:
2716

ABŞ polisi Yeni il gecəsi 500 min dollarlıq tekila oğurlayan 4 nəfəri saxlayıb.
Muxalifet.az xəbər verir ki, hadisə dekabrın 31-də Florida ştatının Tonotosassa şəhərində baş verib.
İçkiləri daşıyan sürücü nahar fasiləsindən sonra yük maşınının yoxa çıxdığını görüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları saat yarımlıq axtarışdan sonra “Patron Tekila” tekila qutularını başqa bir maşına yükləyən 4 nəfəri saxlayıblar.
Polisdən bildirilib ki, yük maşınında 507 min 105 dollarlıq 966 qutu tekila olub.