YENİ İCRA BAŞÇILARININ DOSYESİ! - Və yaxud Elmar Vəliyevin adamları niyə hədəfə alınıb…

Gəncənin yeni icra başçısı kimdir? 

Baxış sayı:
15472

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləlkilə, 28 avqust – 03 sentyabr 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “Ağdam, Gədəbəyin yeni icra başçıları kimlərdir? - DOSYE”, “Ağdamın yeni icra başçısı - FOTO” başlıqlı 2 məqalənin 9 saytda yayılması ilə Ağdam rayon icra başçısı tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan İcra Hakimiyyəti başçıları arasında 2-ci yeri “Elmar Vəliyev nəinki görəvinə dönəcək... - Bakı meri də gətirilə bilər...”, “Elmar Vəliyev vəzifəsiz qalmayacaq - İDDİA”, “Elmar Vəliyevin işdən çıxarılma səbəbləri - Gəncədə yeni dönəm başlayır”, “Elmar Vəliyevin keçmiş komandası hədəfdə: Araşdırma başladı”, “Elmar Vəliyevin “sağ əli”nə qarşı milyonluq ittihamlar - GƏLİŞMƏ” başlıqlı 5 məqalənin 6 elektron KİV-də yayılması ilə Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-cü yeri isə “Gəncənin yeni icra başçısı kimdir? - DOSYE / VİDEO”, “Gəncənin icra başçısı özünə yeni köməkçi təyin etdi” başlıqlı 2 məqalənin 5 elektron KİV-də yayılması ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tutur.
 
Muxalifet.az