​Yeni fərziyyə: Yerdə həyat necə yaranıb?

Yer üzündə həyat kosmik toz axını vasitəsilə yaranıb.
Muxalifet.az xəbər verir ki, bu iddia ilə Edinburq Universitetindən olan mütəxəssislər çıxış ediblər.
"Saniyədə 70 kilometr sürətlə hərəkət edən kosmik tozun güclü cərəyanları ən kiçik canlı orqanizmləri daşıya bilər. Ekspertlər xüsusilə bəyan edirlər ki, Yerin atmosferini təzyiq altında saxlayan kosmik toz kiçik hissəciklər halında Yer qravitasiyasını 150 kilometr və daha çox yüksəklikdə xaricdən dələ bilərlər. Onlar yekun nəticədə digər planetlərə də çata bilərlər", - deyə universitetin mütəxəssisləri bildiriblər.
Tədqiqatçılar buna bənzər vəziyyətin digər planetlərdə də meydana gələ biləcəyini iddia edirlər. Onların fikrincə, bunun nəticəsində canlı orqanizmlər bir göy cismindən digərinə düşə bilər. Bəzi canlılar, xüsusilə də bakteriyalar, bitkilər açıq kosmos şəraitində yaşamağa qadirdirlər.
Qeyd edək ki, buna qədər elm adamları canlı orqanizmin bir planetdən digər planetə yalnız asteroidlər vasitəsilə keçdiyini bildirmişdilər.