Yeni erməni sərsəmliyi

Katalikos Birinci Aram vilayətin bir hissəsini tələb edir

Ermənilərin ikinci böyük kilsəsi - Livandakı Kilikiya katolikosluğu Türkiyəyə qarşı ərazi iddiası qaldırıb.

Katalikos Birinci Aramın rəhbərlik etdiyi kilsə Türkiyə

Konstitusiya Məhkəməsinə müraciət edərək Adana vilayətinin Kozan bölgəsində yerləşən Kilikya Monastırının mülkiyyətinin qaytarılmasını tələb edib.

Türkiyə mətbuatı bunun erməni diasporunun 1915-ci il hadisələrinin 100-cü ildönümündə apardığı müzakirələrdən sonra Türkiyəyə qarşı başlanmış yeni kampaniya kimi dəyərləndirib. Erməni mətbuatının yazdığına görə, Kilikiya katolikosluğu 1295-ci ildən 1921-ci ilə kimi Kozanda yerləşib. Daha sonra katolikos Qüds, Hələb, Dəməşq və Kiprə köçüb. 1930-cu ildən Livanın Antilias şəhərinə köçüb.

Katalikos Birinci Aram