​Yeni başçı haqda sensasion ittihamlar – İNDİDƏN NARAZILIQ YARADIR...

Nəsiminin icra başçısı deputatdan 30 min manat rüşvət istəyib?

Baxış sayı:
13105

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 19-26 noyabr 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “Beyləqanın yeni başçısı indidən narazılıq yaradır?”, “İndidən narazılıq yaradır... - İTTİHAM”, “Şamaxıda “Qasımov çetesi” dağılır: başçıya ən çox ondan şikayət edilib – Son faktlar...” başlıqlı 3 məqalənin 9 elektron KİV-də yayılması ilə Beyləqan rayon icra hakmiyyətinin başçısı Asif Ağayev tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “İcra başçısı deputatdan 30 min manat rüşvət istəyib? – ASİF ƏSGƏROV HAQDA SENSASİON İTTİHAM”, “DEPUTATDAN RÜŞVƏT TƏLƏB EDƏN İCRA BAŞÇISI – Adil Əliyev bu ünvandakı obyektinə qapı açdırmaq istəyib…”, “Deputatdan rüşvət tələb edən icra başçısı kimdir? – Video” başlıqlı  3 məqalənin 6 elektron KİV-də yayılması ilə Nəsimi rayon icra hakmiyyətinin başçısı Asif Əsgərov tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra hakimiyyətin başçıları arasında 3-cü yeri isə “Prezidentin son səfəri Biləsuvarın başçısını bitirdi - Korrupsiya arayışı..”, “Biləsuvarda çiçəklənən korrupsiya... - İTTİHAM”, “Biləsuvarda HOQQABAZLIQ... - İcra başçısını durduran...” başlıqlı 3 məqalənin 5 elektron KİV-də yayılması ilə Biləsuvar rayon icra hakmiyyətinin başçısı Mahir Quliyev tutur.

Muxalifet.az