“Yenə satıldıq”: KÜRDLƏR ABŞ-a İNANMIR

Peşmərgə Komandiri Xəlil Şirvan, Kürdlərin onlara xəyanət edən ABŞ-a inanmadığını söyləyib.
 
İraq Kürd Regional Rəhbərliyinin (IKBY) həyata keçirdiyi müstəqillik referendumunun ardından Kərkük başda olmaqla, bir çox mübahisəli bölgələri itirən IKBY, baş verənlərdən dolayı ABŞ-ı məsuliyyətli tutur.
IKBY ilə ABŞ arasındakı münasibətlərin ən pis dövrü olduğuna işarə edən Kürd rəsmiləri, referendumdan sonrı baş verən toqquşmalarda həyatını itirən Peşmərgələrin ABŞ silahları ilə öldürüldüklərini ifadə edib.
 Peşmərgə komandiri Xəlil Şirvan da Rus mediasına verdiyi açıqlamasında ABŞ-ın Kürdlərə böyük bir xəyanət etdiyini bildirib. ABŞ-ın referendum və sonrasında Kürdləri tək qoymaqla onlara xəyanət etdiyini deyən Xəlil Şirvan, “1970-ci ildə də Kürdlərə xəyanət edən ABŞ, bir daha Kürdlərə arxasını çevirmiş oldu” deyə fikir bildirib: “ABŞ regionda Şiə Qövsünün yaranmaması üçün Kürdlərlə yaxşı əlaqələr içində olmaq istəyir, ancaq İran və Şiələrə qarşı apardığı siyasətdə yenə də Kürdləri qurban seçir."
Kürdlərin artıq ABŞ-a güvənmədiyini və çox narazı olduqlarını vurğulayan Şirvan belə davam edib:
“ABD-nin siyasəti həmişə marağa əsaslanır. Öz marağı üçün Kürdləri qurban etdilər. Kərkükü Haşdi Şabiy verdilər. ABŞ regionda dərin hesablamalar aparır".
Müxalifət.az