"Yemin"də çəkilən azərbaycanlı aktrisa kimin qızıdır?

Baxış sayı:
14206

Türkiyənin “Kanal 7” ekranlarında yayımlananan “Yemin” serialında azərbaycanlı model-aktrisa Yağmur Şahbazovanın da yer alması Türkiyə mediasında ciddi əks-sədaya səbəb olub. Yağmurun kim olması hamının marağına səbəb olub. "Ölkə.Az" xəbər verir ki, 1987-ci ildə Bakıda anadan olan Yağmur, teatr aktrisası Esmiralda Şahbazovanın qızıdır. Anası Esmiralda qızı Yağmuru da özü kimi aktrisa olaraq yetişdirib. Yağmur bir zamanlar Azərbaycanda reklamlarda çəkilib və ATV-də 3 il davam edən “Vicdan haqqı” serialında əsas rollardan birinin ifaçısı olub. Türk filmində çəkiləcəyində hər hansı çətinliklərlə üzləşmədiyini qeyd edən Yağmur indiyədək İstanbula ancaq gəzməyə gəldiyini bildirib: “Hazırda çəkilişlərdən vaxt əldə edə bilmədiyindən şəhəri gəzmək imkanları məhduddur”. İstanbulda özünü yad hiss etməyən Yağmur qeyd edib ki, filmə çəkilməyim gözlədiyimdən də yaxşı oldu: “Anam yanımda olmasa da, çəkiliş qrupu mənə çox isti münasibət bəsləyir. Biz iki dövlət, bir millətik. Sağ olsunlar, məni əl üstündə saxlayırlar”.