Yazdığı statusa görə Yazıçılar Birliyindən çıxarıldı - QALMAQAL

Baxış sayı:
5701

"İndicə eşitdim ki, məni Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən çıxarıblar, bu barədə "Ədəbiyyat" qəzetində elan gedib. Yəqin ki, indi Çingiz Abdullayevlə Rəşad Məcid ürəkdən sevinir. Bunların tayları bəşəriyyətin sülh teoremini yazıb Nobel alır, bunlar adi bir gənc yazarı Yazıçılar Birliyindən çıxarıb xoşbəxt olurlar".
Muxalifet.az metbuat.az-a istinadən xəbər verir ki, bu sözləri gənc şair Elşad Barat özünün "Facebook" səhifəsində yazıb.
Qeyd edək ki, bir neçə gün öncə Elşad Barat yazıçı Çingiz Abdullayevlə bağlı yazdığı statusda onu dövlətin pullarını mənimsəməkdə ittiham etmişdi. Buna cavab olaraq Çingiz Abdullayev gənc yazarı məhkəməyə verəcəyini bildirib.