Yaxın Şərqin muzdlu qatili MÜZAKİRƏÇİ TƏYİN OLUNDU - PROSESƏ SABOTAJ

"Yaxın Şərqin muzdlu qatili" olaraq adlandıran Məhəmməd Dahlan, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Suriya müzakirələrinə nümayəndə təyin olundu.
 
Müxalifət.az xəbər verir ki, İsrail, Misir və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) muzdlu qatili Məhəmməd Dahlan Suriya müzakirələrinə qatılacaq.
Son olaraq ABD-İsrail-Səudiyyə Ərəbistan-BƏƏ ittifaqı ilə tərtib olunan Qətər böhranının əsas isimlərindən olan Məhəmməd Dahlan, 7 ildir ki, davam edən müharibəni bitirmək üçün Suriya danışıqlar prosesinə təmsilçi olaraq təyin edilib. BƏƏ tərəfindən prosesə daxil edilən Dahlana beynəlxalq görüşlərdə məsləhətçi - vasitəçi rolu verilməsinin Rusiya tərəfindən də dəstəkləndiyi açıqlanıb.
 
DAHLAN PKK-nın SÖZÇÜSÜ OLACAQ
 
Türkiyənin dirənişi səbəbi ilə beynəlxalq danışıq proseslərinə daxil edilməyən terror təşkilatı PKK, artıq prosesdə Dahlan üzərindən təmsil olunacaq. Səudiyyə Ərəbistanı ilə birlikdə PKK regionlarına dəstək fəaliyyətlərinə başlayan Birləşmiş Ərəb Əmirlikləri Dahlana PKK-nın sözçüsü olmaq vəzifəsini verib. Dahlan, Əhməd Carba ilə əməkdaşlıq edərək PKK-ya xidmət edəcək. Dahlandan iştirak edəcəyi beynəlxalq toplantılarda terror təşkilatı tərəfindən işğal edilən torpaqlarda pirat dövlət elan edilməsinin dəstəklənməsi və bu məsələdə BMT, Avropa və Körfəz ölkələrini inandırması tələb olunub.
 
“DAHLANIN TƏYİNATINI YOX SAYACAĞIQ”
 
Dahlanın Suriya müzakirələrinə qoşulması müxalifətçilər tərəfində sərt reaksiya ilə qarşılanıb. "Dahlanın müzakirəçi siyahısına əlavə olunmasını “yox” sayacağıq" açıqlaması verən Müxalif Müzakirə Ali Nümayəndə Heyəti bu təşəbbüsü İsrail və ABŞ-ın təxribatı olaraq gördüklərini elan edib. "Bu müdaxilə, prosesi sabotaj məqsədi daşıyır" deyən Ali Müzakirə Heyətinin üzvü Yəhya əl Ari, Dahlanın qaranlıq əlaqələrinə diqqət çəkib və bu təyinata “yox” deyəcəklərini bildirib.
Cenevrə prosesi ilə birlikdə hazırlanan 6 maddə içərisində yer alan "bombardmanların durması, əsirlərin mübadiləsi, Əsədin müxalif məhkumları azad etməsi, yeni konstitusiya, yeni ordu və azad seçki keçirilməsi" kimi müddəalar qərarlaşdırılıb. Əsədin olmayacağı yeni Suriya məsələsində Dahlan və havadarları tərəfindən alternativ siyahı və gündəlik hazırlanıb. Xüms əsilli Randa Həsisi prezident görmək istəyən Dahlan komandası, Təyyar əl Gad və Plüralist Cəmiyyət Hərəkatı adlı təşkilatlardan da bu çərçivədə vasitə kimi istifadə edəcək.

Müxalifət.az