Yaxın Şərqin kiralıq qatili Türkləri hədələdi

Baxış sayı:
6364

Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zahidin muzdlu qatili Məhəmməd Dahlan kirli oyunlarını dünya gündəminə daşıyan Türk mətbuatını hədələyib.
 
Türk mətbuatında yer alan xəbərlərdə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Zahidin Camal Qaşıqçı cinayətini Dahlanın üzərinə qoymağa hazırlaşdığını birdən çox mənbəyə istinadən yazılmışdı. Buna görə yaranan bir mübahisədə də Dahlanın yaralandığı və xəstəxana götürüldüyü bildirilmişdi.
 
Terror hamisinin nökəri Türk mətbuatını günahlandırdı!
 
Misirdə kəşfiyyat dairələrinə yaxın jurnalistlərdən Sami Kamal da Türkiyədə “Yeni Şəfəq” qəzetinin verdiyi xəbəri təsdiqləmiş, hətta İsrailin Dahlanı müalicə üçün Təl-Əvivə çağırdığını irəli sürmüşdü. Həmin jurnalist şəxsən İsrailin baş naziri Benyamin Netahyahunun Dahlanı xilas etmək üçün dövrəyə girdiyini və "Adamımızı xərcləmə qoymarıq" dediyini iddia etmişdi. Bu xəbərlər Ərəb coğrafiyasında böyük səs gətirdiyi üçün Dahlan çılğına dönüb. Fırıldaqları pozulan Dahlan “Yeni Şəfəq” üzərindən Türk mətbuatına hücum edib. Özünə yaxın “Əl Arabia” televiziyasına açıqlama verən Dahlan, onu dəstəkləməyən Türkiyə mətbuatını terror yandaşlıq etməklə ittiham edib.
 
Açıq hədəf göstərdi
 
Mətbuatın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Zahid və Misir prezidenti Sisiyə yalan xəbərlərlə hücum etdiyini iddia edən Dahlan, Salman, Zahid və Sisini 50 il hakimiyyətdə qalacaq və yıxılmayacaq liderlər şəklində tərif edib. Onun haqda yazan qəzeti terrora dəstəklə günahlandıran Dahlan, "Yaxın Şərqin sabitliyini təhdid edirlər. Fələstin, Liviya, İraq və Suriyada terrorçilarla tərəfdaşlıq edirlər, hesab verəcəklər" deyib.
Müxalifət.az