Yaxın Şərqin AMERİKALI QATİLİ - Sensasion FAKTLAR

 ABŞ İraqı işğal edəndən sonra bu ölkəyə təyin etdiyi müstəmləkə valisi Brett Mcgurk, o tarixdən bu yana bölgənin qanını sorub. 14 ildə ABŞ-ın şiələrlə sünniləri bir-birinə salan siyasətini yürüdən, PKK-ya bir terror dövləti qurmaq üçün hər şeyi edən Mcgurk, Yaxın Şərqdə 3 milyon insanın ölümünə səbəb olub.
 
Brett Mcgurk, aradan keçən 14 ildə, bir cinayət şəbəkəsinin liderinə çevrildi.
 
2003-cü ildə İraq ABŞ tərəfindən işğal ediləndən sonra Ağ Evin Bağdada "dövlət başçısı” kimi təyin etdiyi Pol Bremerin müavini vəzifəsində olan Brett Mcgurk, aradan keçən 14 ildə bir cinayət şəbəkəsinin liderinə çevrildi. 2015-ci ildən etibarən "İŞİD-lə mübarizə" üçün Ağ Evin Xüsusi Nümayəndəsi olaraq təyin olunan Mcgurk, ABŞ-ın müstəmləkə valisi kimi bir çox cinayətə imza atıb. Hazırda terror dəhlizinin planlaşdırıldığı regionda bir nömrəli isim kimi göstərilən Mcgurk, Suriyada 2015-ci ilə qədər 1500-2000 nəfərlik sadə bir terror qrupu olan PYD-ni bir "orduya” çevirldi. Mcgurk, PKK-nın nəzarətində olan bölgələrdə terrorçulara azad fəaliyyət məkanı açmaq üçün 13 minə yaxın vətəndaşın öldürülməsinə əmr verdi. Bu vətəndaşların 4 min 200 nəfəri Rakkada qətlə yetirildi. ABŞ prezidentləri Corc Buş və Barak Obamanın ardından Donald Trump da regionda Mcgurk ilə işləməkdən imtina etmədi.
 
 PEŞMƏRGƏ-PKK ORDUSU
 
 İraqda vəzifəyə başladığı 2003-ci ildən etibarən ABŞ hökumətinin siyasəti ilə şiələrilə sünniləri bir-birinə salan, PKK-nın rəhbərlik edəcəyi bir terror dövləti qurmaq üçün hər şeyi edən Mcgurk, aradan keçən müddətdə 3 milyondan çox Müsəlmanın qətlə yetirilməsinin də səbəbkarlarından biri olub. PKK-lı terrorçuları himayə edən Mcgurk, Eyn el-arabdaki İŞİD-in “səhnələşdirilmiş oyunundan” sonra PKK/PYD-yə minlərlə TIR yüklü silah, sursat və zirehli maşınların verilməsi məsələsində Vaşinqtonu razı sala bildi. Kandil-Tələbani-Barzani yaxınlaşmasının da memarı olan Mcgurk, bununla Suriyada PKK-PYD-li terrorçularla Şimali İraqdakı Peşmərgə gücünü birləşdirməklə mütəşəkkil bir ordu yaratmağı planlaşdırırdı.
 
GİZLİ VƏSAİT AYRILMIŞDI
 
 Suriya və İraqda göstərdiyi fəaliyyətlər üçün hüdudsuz imkanlara malik olan Mcgurka Vaşinqton rəhbərliyi gizli vəsait ayırıb. İraq və Suriyada olduğu kimi, Körfəz ölkələrində də fəaliyyət göstərən Mcgurk, Peşmərgə və PKK-nın beynəlxalq legitimlik qazanması məqsədilə da diplomatik fəaliyyət aparır. Hazırda 72 ölkədən ibarət koalisiyanın bir nömrəli adı olan Mcgurk, son olaraq Səudiyyə Ərəbistanlı naziri, PKK-nın işğal etdiyi Rakkaya gətirərək, şəhərin yenidən inşası üçün 1,5 milyard dollarlıq dəstək sözü aldı.
Haseke, Münbiç, Eyn əl-arab, Tel Abyad və Tabkada qurduğu təlim düşərgələri və ABŞ-dan xüsusi olaraq gətirilən mütəxəssislər tərəfindən 30 min PKK-ya təlim verən Mcgurk, Suriyanın federal bölgələrə ayrılması üçün  səy göstərir. Hərbi təlimlərə paralel olaraq Qəndil və Hasekeden seçilən 700 nəfərlik xüsusi qrupa "iqtisadiyyat," dövlət idarəçiliyi, "Beynəlxalq münasibətlər, "yerli rəhbərlik” və bənzəri mövzularda dərs verilməsini də təmin edən Mcgurkün tək xəyali "Böyük Kürdüstan”dır. Bernard Henri Levy, Piter Galbraith, Bernard Kouchner və Zalmay Halilzad ilə tez-tez görüşən Mcgurk, İraq konstitusiyasının yenidən yazıldığı dövr Peşmərgə və PKK lehinə bir çox maddənin də konstitusiyada yer almasını təmin etdi.
 

  Qeydləri sildilər
 
 İŞİD-dən PKK-ya təhvil-təslim mərasiminə səhnə olan Rakkada Hollandiyalı müharibə müxbiri Hans Jaap Əlibaba-san, ABŞ əsgərlərinin hücumuna məruz qalıb. Mərasim zamanı ABŞ Xüsusi Qüvvələrinin PKK-lı kimi geyindiyini və özünün bu anları qeydə aldığını bildirən Əlibaba-san, bunu görən əsgərlərin kamerasını zorla alıb görüntüləri sildiyini söyləyib. Melissene Twitter hesabındakı mesajında ABŞ-PKK vəhdətinin açıq şəkildə şahidi olduğunu qeyd edib.

QƏTLİAM HALAYI ÇƏKDİLƏR

Gündə orta hesabla 37 ton bomba ilə daş daş üstündə buraxılmayan Rakka xarabazara çevrildi. ABŞ-ın terrorçuları adını qazanan PKK-lılar da Müsəlman qətliamını şəhərin göbəyində halay çəkməklə təbrik edib.
Müxalifət.az